Yaqub Qurbanov: Xüsusi icra məmurlarının tələblərinin pozulması qanunla məsuliyyət yaradır
Xüsusi icra məmurlarının tələblərinin pozulması qanunla məsuliyyət yaradır "Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini, Müsabiqə Komissiyasının üzvü Yaqub Qurbanov jurnalistlərə açıqlamasında deyib O bildirib ki, nəzərdə tutulan əsas məqsəd həm icra hakimiyyəti

Xüsusi icra məmurlarının tələblərinin pozulması qanunla məsuliyyət yaradır "Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini, Müsabiqə Komissiyasının üzvü Yaqub Qurbanov jurnalistlərə açıqlamasında deyib O bildirib ki, nəzərdə tutulan əsas məqsəd həm icra hakimiyyəti üçün, həm vətəndaşlar, həm də sahibkarlar üçün daha sürətli, daha əlçatan və daha effektiv bir icra mexanizminin formalaşdırılmasıdır: "Qanunun tələbinə görə, bu institut ölkəmizdə mərhələli şəkildə tətbiq ediləcək. Onun icrası nəzarətdə saxlanılacaq və praktik nəticələrdən asılı olaraq tətbiqi genişləndiriləcək. Xüsusi icra məmurları da dövlət icra məmurları kimi məhkəmələrin və digər orqanların qərarlarını icra etməyə tam səlahiyyətli şəxslərdir. Onlar da dövlət icra məmurları kimi məcburi icra orqanı statusuna malikdirlər. Xüsusi icra məmurları müvafiq səlahiyyətlərə malik olmaqla yanaşı, fəaliyyətə başlamaları üçün müəyyən prosedurlardan keçməli və Ədliyyə Nazirliyi tərəfindən verilmiş şəhadətnamə ilə təmin olunmalıdırlar" Yaqub Qurbanov qeyd edub ki, dövlət icra məmurlarından fərqli olaraq, xüsusi icra məmurları bütün icra sənədlərini deyil, icraatda olan və icraatların əsas hissəsini təşkil edən müəyyən növ icra sənədlərini icra edəcək: "O cümlədən müxtəlif növ kredit tələbləri, vətəndaşlar və hüquqi şəxslər arasında olan borc tələbləri, müxtəlif əmlak tələbləri və digər tələblərə dair icra sənədləri xüsusi icra məmurları tərəfindən icra edilə biləcəkdir. Onların fəaliyyəti zamanı irəli sürdükləri tələblər dövlət icra məmurlarında olduğu kimi bütün fiziki şəxslər, hüquqi şəxslər, dövlət və qeyri-dövlət orqanları üçün məcburidir. Həmin tələblərin pozulması isə qanunla nəzərdə tutulmuş məsuliyyət yaradır" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

