Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü, qarşılıqlı anlaşmanı təşviq edir - deputat

BAKI, Azərbaycan, 12 iyun. Azərbaycan Respublikasının xarici siyasəti ikitərəfli mədəni əlaqələrdən kənara çıxan, qlobal miqyasda sülhün və qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən ardıcıl və sistemli dövlət strategiyası kimi formalaşıb Millət vəkili əlavə edib ki, Azərbaycan Respublikasının Pr

0 baxıştrend.az
Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü, qarşılıqlı anlaşmanı təşviq edir - deputat
Paylaş:

BAKI, Azərbaycan, 12 iyun. Azərbaycan Respublikasının xarici siyasəti ikitərəfli mədəni əlaqələrdən kənara çıxan, qlobal miqyasda sülhün və qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən ardıcıl və sistemli dövlət strategiyası kimi formalaşıb Millət vəkili əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strategiya mədəniyyətlərarası dialoqun genişləndirilməsinə və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə yönəlib. Bu siyasətin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri mühüm rol oynayır Deputat qeyd edib ki, bu strateji yanaşmanın bariz nəticələri son vaxtlar bir sıra beynəlxalq tədbirlərdə aydın görünür Aprelin 30-da Vatikanda Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.Tədbirdə Heydər Əliyev Fondunun Vatikanda son 15 ildə həyata keçirdiyi layihələri özündə əks etdirən “Mədəniyyətlər körpüsü” nəşri, sənədli film və “Respublika” xalça kompozisiyaları əsasında yaradılmış “Triptix” layihəsi nümayiş etdirilib Kitabın ilk nəşri 2025-ci ilin oktyabrında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikana səfəri zamanı Roma Papası XIV Leoya təqdim edilib Bu təqdimatlar Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış əməkdaşlığın və etimadın davamı kimi dəyərləndirilir və dinlərarası dialoqa mühüm töhfə verir. O qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən Vatikan Apostol Kitabxanası və Arxivlərində Azərbaycan tarixinə dair əlyazmaların aşkar edilərək rəqəmsallaşdırılması böyük əhəmiyyət kəsb edir Soltan Məmmədovun sözlərinə görə, digər mühüm hadisə mayın 4-də Müsəlman Mədəni İrs Təşkilatları Beynəlxalq Şurasının (ICMCO) Mərakeşdəki mənzil-qərargahında keçirilən ilk “Natəvan İrsi Mükəmməlliyi Mükafatı” mərasimi olub “2025-ci ildə Azərbaycanın mədəni diplomatiya sahəsində əsas təşəbbüsü kimi təsis edilən və Xurşidbanu Natəvanın şərəfinə adlandırılan bu mükafat maddi mədəni irsin qorunması sahəsində qabaqcıl təcrübənin təbliğinə xidmət edir “Natəvan İrsi Mükəmməlliyi Mükafatı” Azərbaycanın milli dəyərlərə, humanizmə və multikulturalizmə sadiqliyini nümayiş etdirir. Heydər Əliyev Fondu və İSESCO tərəfindən təqdim olunan bu mükafat həm Xurşidbanu Natəvana hörmət, həm də Qarabağın zəngin mədəni irsinin beynəlxalq səviyyədə təbliğinə töhfədir Bunun nəticəsidir ki, həm Vatikanla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr, həm də “Natəvan İrsi Mükəmməlliyi Mükafatı” Azərbaycanın beynəlxalq səviyyədə sülhün təşviqi və ümumbəşəri dəyərlərin qorunması istiqamətində apardığı ardıcıl siyasətin bariz nümunələri olmaqla yanaşı, son zamanlar ölkəmizə qarşı səsləndirilən əsassız ittihamlara layiqli cavabdır”

Kaynak: trend.az

Diğer Haberler