Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: Birinci şəxsin tərcümeyi-halı” sənədli filminin premyerası olub (FOTO)
BAKI, Azərbaycan, 12 iyun. İyunun 12-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: birinci şəxsin tərcümeyi-halı” sənədli filminin nümayişi keçirilib Filmin nümayişinin məqsədi ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin, azərbaycançılıq millətçiliyi ideologiyasının və ölkənin zəngin mil

BAKI, Azərbaycan, 12 iyun. İyunun 12-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: birinci şəxsin tərcümeyi-halı” sənədli filminin nümayişi keçirilib Filmin nümayişinin məqsədi ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin, azərbaycançılıq millətçiliyi ideologiyasının və ölkənin zəngin milli irsinin daha dərindən dərk edilməsinə və geniş yayılmasına yardım etməkdir “Real Analiz” İnformasiya Mərkəzinin istehsalı olan “Heydər Əliyev: Birinci şəxsin tərcümeyi-halı” sənədli filmi müxtəlif və unikal kino ifadə vasitələrindən istifadə etməklə Azərbaycanın yaxın tarixinin xronologiyasını izləyir REAL TV-nin baş direktoru Mirşahin Ağayevin müəllifi olduğu və Azərbaycan Respublikası Audiovizual Şurasının dəstəyi ilə hazırlanan bu sənədli film Ulu Öndər Heydər Əliyevin müxtəlif illərdən müsahibələri, çıxışları və nadir arxiv görüntüləri əsasında hazırlanıb Sənədli film 20-ci əsrin sonlarında baş verən qlobal siyasi dəyişikliklər, Sovet İttifaqının dağılması, Azərbaycanın mürəkkəb ictimai-siyasi böhranlardan çıxması, müstəqil dövlət quruculuğu prosesini bilavasitə tarixi faktlar və arxiv materialları əsasında araşdırır Film Azərbaycanın müasir tarixinin mühüm mərhələlərini, dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi prosesini, milli dövlətçilik konsepsiyasının inkişafını, ulu öndərin siyasi fəaliyyətinin müxtəlif aspektlərini əks etdirir Filmdə “Azərbaycanın dövlət müstəqilliyi necə bərpa olundu?” kimi suallara Ümummilli Liderin özü cavab verir. “Dövlət necə yaranıb, hansı mürəkkəb tarixi proseslərdən keçib, ən əsası, necə möhkəmlənib? 55 dəqiqəlik filmdə Ümummilli Liderlə müsahibələri müşayiət edən eksklüziv və unikal tarixi kadrlar yer alır Film müasir Azərbaycan dövlətinin yaranması tarixinin tədqiqinə, milli-mənəvi dəyərlərin təbliğinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir
