Bakıda media və insan hüquqları üzrə maarifləndirmə sessiyası keçirilib (FOTO)
BAKI, Azərbaycan, 12 iyun. Bu gün Bakıda “İnsan Hüquqları Aylığı” çərçivəsində Hüquq və İnsan Hüquqları İnstitutu və Azərbaycan Media İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün “Media və insan hüquqları” mövzusunda maarifləndirmə sessiyası keçirilib Sessiyanın məqsədi ju
BAKI, Azərbaycan, 12 iyun. Bu gün Bakıda “İnsan Hüquqları Aylığı” çərçivəsində Hüquq və İnsan Hüquqları İnstitutu və Azərbaycan Media İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün “Media və insan hüquqları” mövzusunda maarifləndirmə sessiyası keçirilib Sessiyanın məqsədi jurnalistlərin insan hüquqlarının müdafiəsi sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri və peşə fəaliyyətini həyata keçirərkən etik davranış standartları barədə məlumatlılığını artırmaq olub Tədbirdə çıxış edən Hüquq və İnsan Hüquqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bildirib ki, media nümayəndələri insan hüquqlarının təbliğində, ictimai maarifləndirmənin formalaşdırılmasında mühüm rol oynayırlar. Onun sözlərinə görə, institutun müxtəlif media resurslarında dərc etdiyi materiallar mütəmadi olaraq təhlil edilir, monitorinqlər aparılır V.Quluzadə qeyd edib ki, monitorinqin nəticələrinə görə, əvvəlki dövrlərlə müqayisədə insan hüquqlarının pozulması hallarının sayı azalıb. O bildirib ki, hazırda 4-5 saytda müəyyən qanun pozuntuları müşahidə olunsa da, azı 15 media resursu əvvəlki nöqsanları aradan qaldırıb. Onun sözlərinə görə, 23 elmi jurnalda hüquq mövzusunda məqalələr dərc olunur və son 5 ildə bu istiqamətdə dərc olunan materiallar xüsusi məqalələr bazasında toplanıb İnstitut rəhbəri əhalinin hüquqi maarifləndirmə səviyyəsinin yüksəldilməsi istiqamətində görüləcək işlərdə medianın dəstəyinə ciddi ehtiyac olduğunu vurğulayıb Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli çıxışında bildirib ki, insan hüquqlarının müdafiəsi sahəsində medianın üzərinə böyük məsuliyyət düşür. O qeyd edib ki, redaksiyalar jurnalistlərin insan hüquqları ilə bağlı treninqlərdə, dəyirmi masalarda iştirakında maraqlıdır Məmmədli vurğulayıb ki, jurnalistlər informasiya hazırlayarkən insan hüquqlarına hörmət etməli, peşə etikasının tələblərinə, qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Onun sözlərinə görə, bu prinsiplərin media fəaliyyətində daha geniş tətbiqi Azərbaycanın beynəlxalq imicinin formalaşmasına da töhfə verə bilər O, uşaq hüquqlarının müdafiəsi məsələsinə toxunaraq bildirib ki, yetkinlik yaşına çatmayanlarla bağlı məlumatların dərci zamanı daha həssas yanaşma nümayiş etdirilməlidir. Məmmədli qeyd edib ki, bəzi hallarda ibtidai istintaq mərhələsində yeniyetmələrin siması göstərilir və onların şəxsi məlumatları ictimaiyyətə açıqlanır ki, bu da hüquqların pozulmasına səbəb olur Sessiya çərçivəsində İnstitutun təlimçi-ekspertləri jurnalist fəaliyyətində ən çox rast gəlinən insan hüquqları pozuntuları və onların hüquqi nəticələri ilə bağlı məruzələrlə çıxış ediblər. Tədbirdə təqsirsizlik prezumpsiyasının pozulması, şəxsi və ailə həyatına müdaxilə, şəxsi məlumatların icazəsiz açıqlanması, uşaq hüquqlarının pozulması, ayrı-seçkiliyi və nifrət nitqini təbliğ edən materialların yayılması, intihar xəbərləri hazırlanarkən etik qaydalara əməl olunmaması, o cümlədən böhtan xarakterli məlumatların yayılmasına yol verilməməsi barədə ətraflı məlumat verilib Tədbirdə insan hüquqlarının pozulmasına səbəb olan hərəkətlərin qanunvericiliklə müəyyən edilmiş hüquqi məsuliyyətə səbəb olduğu və bu baxımdan KİV nümayəndələrinin öz peşə fəaliyyətlərində hüquq normalarına və etik prinsiplərə ciddi əməl etmələrinin vacibliyi qeyd edilib Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb, media fəaliyyətində insan hüquqlarına həssas yanaşmanın rolu və əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb


