Tenqri
Ana Səhifə
Elm

Ərəb əlyazmaları və Əbul Qasım əz-Zəhravi irsi - elmi sessiya

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Əbul Qasım əz-Zəhravi: Ərəb müəlliflərinin əlyazmalarının tədqiqi və tərcümə problemləri” mövzusunda elmi sessiya keçirilib. Tədbir Əlyazmalar İnstitutunun və Səudiyyə Ərəbistanı Krallığı Kral Əbdüləziz Fondunun birgə təşkilatçılığı ilə baş tut

0 baxışazertag.az
Ərəb əlyazmaları və Əbul Qasım əz-Zəhravi irsi - elmi sessiya
Paylaş:

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Əbul Qasım əz-Zəhravi: Ərəb müəlliflərinin əlyazmalarının tədqiqi və tərcümə problemləri” mövzusunda elmi sessiya keçirilib. Tədbir Əlyazmalar İnstitutunun və Səudiyyə Ərəbistanı Krallığı Kral Əbdüləziz Fondunun birgə təşkilatçılığı ilə baş tutub Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Əvvəlcə iştirakçılar institutun ekspozisiya zalında ərəbdilli əlyazmaların sərgisi ilə tanış olublar. Elmi sessiya Azərbaycan Respublikasının Dövlət Himni və Səudiyyə Ərəbistanı Krallığının Himninin səsləndirilməsi ilə başlanıb Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-nın bir sıra institutlarında ərəb dili və ədəbiyyatı üzrə ayrıca tədqiqat qrupları və şöbələr fəaliyyət göstərir. Azərbaycan təkcə keçmiş sovet məkanında deyil, dünya miqyasında da əsas şərqşünaslıq və ərəbşünaslıq mərkəzlərindən biri kimi tanınır Vurğulanıb ki, AMEA-nın Səudiyyə Ərəbistanının ən böyük elmi-mədəni mərkəzlərindən biri olan Kral Əbdüləziz Fondu ilə rəsmi əməkdaşlığa başlaması böyük əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq xüsusilə Əlyazmalar İnstitutunda ərəb dili və ədəbiyyatı istiqamətində aparılan tədqiqatların daha sistemli və dərin şəkildə həyata keçirilməsinə yeni imkanlar yaradacaq Akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli alim Əbul Qasım əz-Zəhravinin tibb elminə dair 30 cilddən ibarət fundamental əsəri üzrə Əlyazmalar İnstitutunun alimlərinin apardıqları tədqiqatların nəticəsi olaraq müstəqil nəşrin təqdim olunması nəzərdə tutulur. Bu əsər təkcə İslam dünyasında deyil, ümumilikdə dünya elmi tarixində cərrahiyyəyə həsr olunmuş ən qədim və zəngin mənbələrdən biridir. Əsərdə 240-dan artıq cərrahiyyə aləti təsvir olunub, konkret əməliyyatlar zamanı onların tətbiq üsulları elmi əsaslarla izah edilib və bu, müsəlman Şərqində cərrahiyyə elminin inkişafına mühüm təsir göstərib Sonra Araşdırma və Arxiv Mərkəzinin (Darah) icraçı direktoru Turki bin Məhəmməd əş-Şuveyr Kral Əbdüləziz çıxış edərək keçirilən elmi sessiyanın iki qurum arasında formalaşmış münasibətlərin möhkəmlənməsinə və elmi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyini bildirib. O, tədbirin əlyazmaların elmi irs baxımından daşıdığı əhəmiyyəti bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb Azərbaycan arxivlərində qorunub saxlanılan ərəb əlyazmalarından bəhs edən Turki bin Məhəmməd əş-Şuveyr Kral Əbdüləziz X–XI əsrlərdə İspaniyada, Kordovada yaşamış görkəmli ərəb alimi Əbül-Qasim əz-Zəhraviyə aid əlyazmanın xüsusi elmi əhəmiyyət daşıdığını vurğulayıb. O, Əbül-Qasim əz-Zəhravinin elmi irsinin dünya tibb elminin inkişafına mühüm töhfələr verdiyini söyləyib Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli isə çıxışında iki ölkə arasında müxtəlif sahələr üzrə mövcud əlaqələrin davamlı şəkildə genişləndiyini qeyd edib. Vurğulayıb ki, hər iki ölkənin dövlət başçılarının bu münasibətlərin inkişafına göstərdiyi xüsusi diqqət əməkdaşlığın strateji xarakter daşımasının bariz nümunəsidir. Səfir bildirib ki, bugünkü elmi sessiya məhz bu əlaqələrin ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsinin göstəricisidir Daha sonra Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxış edərək müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı fonunda bu kimi görüşlərin xüsusi elmi və strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, son illərdə rəqəmsallaşma proseslərinin intensivləşməsi, süni intellektlə bağlı şöbələrin yaradılması və bu sahə üzrə məsul şəxslərin müəyyənləşdirilməsi beynəlxalq elmi əməkdaşlığın daha da gücləndirilməsi üçün geniş imkanlar açır. O, fondun nəzdində saxlanılan 4 milyondan artıq əlyazma və eksponatın əhəmiyyətli hissəsinin rəqəmsallaşdırıldığını söyləyib, gələcəkdə iki qurum arasında elektron əlyazmaların mübadiləsinin yüksək səviyyədə həyata keçiriləcəyinə əminliyini ifadə edib Tədbirdə Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri Kamandar Şərifov, İmam Məhəmməd bin Səud İslam Universitetinin Sosial elmlər fakültəsinin Tarix və mədəniyyət kafedrasının professoru Gəda bint Abdullah al-Qablan, Əlyazmalar İnstitutunun baş elmi işçisi Zəkiyyə Əbilova, Səudiyyə Ərəbistanının müsəlman xalqlarının tarixi və sivilizasiyası üzrə tədqiqatlar professoru İbrahim bin Məhəmməd bin Həməd əl-Muzeqni və digərləri çıxış edərək aparılan müzakirələrin gələcək birgə fəaliyyət üçün yeni imkanlar açdığını bildiriblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler