Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə ali məktəblər arasında əməkdaşlıq genişləndirilir
Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin Hüquq fakültələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin fəaliyyətində prioritet istiqamətlərdən biridir Bunu AZƏRTAC-a açıqlamasında Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev s

Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin Hüquq fakültələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin fəaliyyətində prioritet istiqamətlərdən biridir Bunu AZƏRTAC-a açıqlamasında Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev səsləndirib O qeyd edib ki, bir neçə gün öncə Qarabağ Universitetində imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Elm-Tədris Mərkəzinin əməkdaşları hüquq ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirib, geniş diskussiyalar aparılıb və onları maraqlandıran suallar cavablandırılıb. “Ümumiyyətlə, ötən müddətdə Azərbaycanda fəaliyyət göstərən bir sıra akademiya və universitetlərlə əməkdaşlıq müqavilələri imzalanıb. Bu tərəfdaşlığın əsas mahiyyəti əməkdaşlığın möhkəmləndirilməsindən, hüquq elmi sahəsində qazanılmış təcrübənin paylaşılmasından və təbliğindən ibarətdir”, – deyə Fazil Həsənəliyev bildirib Qarabağ Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin yüksəkixtisaslı kadrlar kimi yetişəcəyinə əminliyini ifadə edən mərkəzin rəisi rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrinə də toxunub: “Türk Ədliyyə Şəbəkəsinə üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan ilə əvvəlki illərdə olduğu kimi, bu il də ənənəvi tədbirlərdə fəal təmsil olunuruq. Mütəmadi xarakter daşıyan bu görüşlər həm türkdilli ölkələrin hüquqşünasları arasında peşəkar münasibətlərin inkişafına, həm də qarşılıqlı təcrübə mübadiləsinə xidmət edir” Müasir dövrdə süni intellektin tətbiqi məsələlərinə də toxunan Fazil Həsənəliyev bu sahənin daha dərindən öyrənilməsinin zəruriliyini vurğulayıb. “Bu məqsədlə Elm-Tədris Mərkəzinin təşəbbüsü, habelə Baş Prokurorluğun idarə və şöbə əməkdaşlarının yaxından iştirakı ilə keçirilən təlimlərdə süni intellektdən istifadə qaydaları, onun üstünlükləri və digər əhəmiyyətli aspektlər barədə ətraflı məlumat verilir”, – deyə o əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


