Tenqri
Ana Səhifə
Elm

ADPU-da elmi konfrans: Heydər Əliyev – müasir Azərbaycanın memarı

Mayın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Heydər Əliyev – müasir Azərbaycanın memarı” mövzusunda respublika elmi konfransı keçirilib Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransın açılış mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov Ümummilli Lider Heydər Əliyevin Azə

0 baxışazertag.az
ADPU-da elmi konfrans: Heydər Əliyev – müasir Azərbaycanın memarı
Paylaş:

Mayın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Heydər Əliyev – müasir Azərbaycanın memarı” mövzusunda respublika elmi konfransı keçirilib Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransın açılış mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsində oynadığı roldan bəhs edib. Rektor bildirib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün də ölkənin siyasi kursunun əsasını təşkil edir və Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə əldə olunan uğurların təməlində məhz bu uzaqgörən siyasət dayanır Daha sonra konfrans məruzələrlə davam edib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri dosent Sadiq Qurbanov “Heydər Əliyevin yaşıl enerji siyasəti” mövzusunda çıxış edərək bildirib ki, Ulu Öndərin təşəbbüsü ilə əsası qoyulmuş enerji strategiyası Azərbaycanın beynəlxalq enerji xəritəsində mühüm yer tutmasına şərait yaradıb. Bu siyasət hazırda ölkədə bərpaolunan enerji mənbələrinin inkişafı ilə yeni mərhələyə qədəm qoyur və Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini professor Eynulla Mədədli “Heydər Əliyev xarici siyasətinin təməli - Naxçıvan dövrü” mövzusunda məruzəsində qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilmiş siyasət Azərbaycanın müstəqil dövlətçilik konsepsiyasının formalaşmasında mühüm mərhələ olub. Çətin geosiyasi şəraitdə qəbul edilmiş qərarlar sonrakı dövrdə ölkənin xarici siyasət kursunun müəyyənləşdirilməsində əsas rol oynayıb ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxışında Heydər Əliyevin təhsil və elm sahəsində həyata keçirdiyi siyasəti geniş təhlil edib. Bildirilib ki, Ulu Öndərin rəhbərliyi dövründə ali təhsil sisteminin təkmilləşdirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin siyasi, iqtisadi və mədəni irsinin müxtəlif aspektlərinə toxunublar. Qeyd olunub ki, onun dövlət idarəçiliyi prinsipləri, milli maraqlara əsaslanan siyasəti və strateji baxışı müasir Azərbaycan üçün aktuallığını qoruyub saxlayır. Çıxış edənlər, həmçinin gənc nəslin bu irsin öyrənilməsində fəal iştirakının vacibliyini vurğulayıblar Tədbir iştirakçıları elmi konfransların milli dövlətçilik dəyərlərinin təbliği, elmi müzakirələrin genişləndirilməsi və gənc tədqiqatçıların inkişafı baxımından əhəmiyyət daşıdığını qeyd ediblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler