Prezident Kitabxanasına dilçiliklə bağlı elmi nəşrlər hədiyyə olunub
AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən Prezident Kitabxanasına dilçilik və əlaqəli sahələri əhatə edən 12 adda 15 nüsxə elmi nəşr hədiyyə olunub. Bu nəşrlər Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, dialektoloji xüsusiyyətləri, leksikoqrafiya və terminologiya məsələləri, eləcə də klass

AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən Prezident Kitabxanasına dilçilik və əlaqəli sahələri əhatə edən 12 adda 15 nüsxə elmi nəşr hədiyyə olunub. Bu nəşrlər Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, dialektoloji xüsusiyyətləri, leksikoqrafiya və terminologiya məsələləri, eləcə də klassik ədəbi irsin dil xüsusiyyətlərinin tədqiqi baxımından mühüm elmi əhəmiyyət daşıyır İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrlərdə Azərbaycan ədəbi dilinin formalaşma və inkişaf proseslərinə dair fundamental araşdırmalar, klassik mətnlərin tekstoloji-linqvistik təhlili, türk dillərinin müqayisəli öyrənilməsi və müxtəlif sahələr üzrə terminoloji sistemlərin formalaşdırılması istiqamətində aparılmış tədqiqatlar yer alır. Bununla yanaşı, dil siyasəti, türkoloji fikir tarixi və elmi mühitin inkişafına təsir göstərmiş mühüm hadisə və şəxsiyyətlərə dair araşdırmalar işıqlandırılır Nəşrlər arasında 1926-cı il Bakı Türkoloji Qurultayına, arxiv sənədlərinə əsaslanan tarixi tədqiqatlara, dialektologiya və müasir terminologiya məsələlərinə həsr olunmuş əsərlər xüsusi yer tutur Hədiyyə edilən nəşrlər təkcə ixtisaslaşmış mütəxəssislər üçün deyil, həm də geniş oxucu auditoriyası üçün əhəmiyyətli elmi mənbədir. Bu kitablar dilçilər, filoloqlar, tarixçilər, tərcüməçilər, ali təhsil müəssisələrinin tələbə və tədqiqatçıları ilə yanaşı, Azərbaycan dilinin zənginliyini və inkişaf xüsusiyyətlərini daha dərindən öyrənmək istəyən oxucular üçün də praktik və nəzəri baxımdan faydalıdır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


