“Azərbaycanda turizm potensialının qiymətləndirilməsi və təkmilləşdirilməsi yolları” – MDU-da respublika elmi konfransı
Mingəçevir Dövlət Universiteti (MDU) və Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, görkəmli iqlimşünas- alim Ənvər Şıxlinskinin anadan olmasının 115 illik yubileyinə həsr olunmuş “Azərbaycanda turizm potensialının qiymətləndirilməsi və təkmilləşdir

Mingəçevir Dövlət Universiteti (MDU) və Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, görkəmli iqlimşünas- alim Ənvər Şıxlinskinin anadan olmasının 115 illik yubileyinə həsr olunmuş “Azərbaycanda turizm potensialının qiymətləndirilməsi və təkmilləşdirilməsi yolları” mövzusunda respublika elmi konfransı keçirilib AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb MDU-nun rektoru Anar Eminov konfransın əhəmiyyətindən bəhs edərək bildirib ki, turizm sektorunun inkişafı ölkənin sosial-iqtisadi tərəqqisinin mühüm istiqamətlərindən olmaqla yanaşı, regionların dayanıqlı inkişafı, ekoloji tarazlığın qorunması və mədəni irsin təbliği baxımından da xüsusi əhəmiyyət daşıyır. Ənvər Şıxlinskinin Azərbaycan coğrafiya və iqlimşünaslıq elminə verdiyi töhfələrdən də bəhs edən rektor qeyd edib ki, görkəmli alimin zəngin elmi irsi bu gün də iqlim, ekoloji təhlükəsizlik və regional inkişaf məsələlərinin araşdırılmasında mühüm elmi mənbə kimi aktuallığını qoruyur Coğrafiya İnstitutunun direktoru Zaur İmrani Azərbaycanda coğrafi mühitin, iqlim müxtəlifliyinin və zəngin təbii resursların turizm potensialının formalaşmasında mühüm rolundan bəhs edib. Bu baxımdan elmi tədqiqatların genişləndirilməsi, regionların turizm imkanlarının elmi əsaslarla öyrənilməsi və təbii resurslardan səmərəli istifadənin təmin olunması xüsusi əhəmiyyət daşıyır Ardınca bədii hissə keçirilib, Azərbaycan musiqilərindən incilər təqdim olunub. Konfrans hibrid formada bölmə iclasları ilə davam etdirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


