Elmi konfrans: Heydər Əliyev və Şərq
Mayın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və Şərq” mövzusunda elmi konfrans keçirilib Konfransı açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutu

Mayın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və Şərq” mövzusunda elmi konfrans keçirilib Konfransı açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycan xalqının xilaskarı olan Heydər Əliyevin milli dövlətçilik ideyasının formalaşmasında müstəsna rolundan danışıb. O, Ulu Öndərin azərbaycançılıq ideologiyasının formalaşmasında xidmətlərindən, elm və təhsilə göstərdiyi qayğıdan bəhs edib, beynəlxalq münasibətlər sistemində Azərbaycanın müstəqil dövlət kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətindən söz açıb Akademik G.Baxşəliyeva dövlətimizin yeni beynəlxalq münasibətlərinin qurulmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib, Ulu Öndərin müstəqillik dövründə hakimiyyətə gələrkən xarici siyasətin başlıca vəzifələrini, istiqamətlərini və prioritetlərini müəyyənləşdirdiyini deyib Heydər Əliyevin xarici siyasətində Türkiyə ilə münasibətlərin xüsusi yer tutduğunu deyən akademik G.Baxşəliyeva qardaş ölkələr arasında münasibətlərin Ulu Öndər tərəfindən ifadə edilən “Bir millət, iki dövlət” fikri əsasında qurulduğunu bildirib Akademik çıxışında Ulu Öndərin Azərbaycan ilə Yaxın və Orta Şərq ölkələri arasında düzgün münasibətlərin qurulmasına nail olduğunu, Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Pakistan, Malayziya və başqa dövlətlərlə qardaşlıq və dostluq əlaqələri qurmağın Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi Prezident Heydər Əliyev tərəfindən diqqətə alındığını qeyd edib Konfransda “Heydər Əliyev və Şərq mədəniyyəti”, “Heydər Əliyevin Yaxın Şərq siyasəti (Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması kontekstində)”, “Heydər Əliyev Türkiyə - Azərbaycan qardaşlığının siyasi arxitektoru kimi”, “Azərbaycan-Çin əlaqələrinin formalaşmasında Heydər Əliyevin müstəsna rolu” mövzularında məruzələr dinlənilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


