Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda türkiyəli həmkarı Hakan Fidanla görüşüb "Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb Nazirlərin müzakirələri daha geniş regionda sülhün, sabitliyin və rifahın əsas dayaqlarından biri olaraq qalmaqda davam edən A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda türkiyəli həmkarı Hakan Fidanla görüşüb "Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb Nazirlərin müzakirələri daha geniş regionda sülhün, sabitliyin və rifahın əsas dayaqlarından biri olaraq qalmaqda davam edən Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsinə həsr olunub Görüş zamanı siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat və bağlantılılıq layihələri, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiya daxil olmaqla ikitərəfli əməkdaşlığın geniş gündəliyi nəzərdən keçirilib Nazirlər həmçinin Cənubi Qafqazda davamlı sülhün və normallaşmanın təmin olunması istiqamətində səylər, regional bağlantılılıq təşəbbüsləri və Orta Dəhlizin artan strateji əhəmiyyəti də daxil olmaqla regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıblar İki ölkənin XİN rəhbəri bildiriblər ki, ortaq tarix, mədəniyyət və dəyərlər üzərində qurulan Azərbaycan–Türkiyə qardaşlığı əvvəlkindən daha güclü olaraq qalır və regional təhlükəsizliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verməyə davam edir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda türkiyəli həmkarı Hakan Fidanla görüşüb "Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb Görüş Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutub Bakanımız @HakanFidan, Türkiye-Azerbaycan-Gürcistan Üçlü Dışişleri Bakanları Onuncu Toplantısı marjında Azerbaycan Cumhuriyeti Dışişleri Bakanı Ceyhun Bayramov ile İstanbul’da biraraya geldi. pic.twitter.com/ilFfd6IIda— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) June 8, 2026 Bakanımız @HakanFidan, Türkiye-Azerbaycan-Gürcistan Üçlü Dışişleri Bakanları Onuncu Toplantısı marjında Azerbaycan Cumhuriyeti Dışişleri Bakanı Ceyhun Bayramov ile İstanbul’da biraraya geldi. pic.twitter.com/ilFfd6IIda Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
