Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan Konstitusiya Məhkəməsi Vyetnam Baş Prokurorunu qəbul edib (FOTO)

BAKI, Azərbaycan, 8 iyun. Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bu gün Vyetnam Ali Xalq Prokurorluğunun (SPP) baş prokuroru Nquyen Tienin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib Görüşdə məhkəmənin sədri Azərbaycan ilə Vyetnam arasında dostluq əlaqələrinin uğurla

0 baxıştrend.az
Azərbaycan Konstitusiya Məhkəməsi Vyetnam Baş Prokurorunu qəbul edib (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 8 iyun. Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bu gün Vyetnam Ali Xalq Prokurorluğunun (SPP) baş prokuroru Nquyen Tienin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib Görüşdə məhkəmənin sədri Azərbaycan ilə Vyetnam arasında dostluq əlaqələrinin uğurla inkişaf etdiyini vurğulamış, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmiş, dövlətlərarası əlaqələrin inkişafında hüquqi əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin xüsusi rol oynadığını bildirmişdir Görüşdə qanunun aliliyinin təmini, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində aparılan islahatlar, konstitusiya nəzarətinin həyata keçirilməsi mexanizmləri barədə geniş məlumat verən R.Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti, o cümlədən qərarların qəbulu proseduru və bu sahədə görülən işlər barədə ətraflı danışıb Tien səmimi qəbula görə minnətdarlığını bildirib, Azərbaycan ilə Vyetnam arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, məhkəmə və prokurorluq sahələrində əlaqələrin genişləndirilməsinin qarşılıqlı maraqlara uyğun olduğunu vurğulayıb, gələcək təcrübə mübadiləsinin və birgə təşəbbüslərin hər iki ölkənin hüquq sahəsi üçün faydalı olacağını qeyd edib Eyni zamanda, tərəflər konstitusiya ədalət mühakiməsinin inkişafı, məhkəmə-hüquq sahəsində beynəlxalq əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar Görüş qarşılıqlı hədiyyələrin təqdim edilməsi və xatirə şəklinin çəkilməsi ilə başa çatıb

Kaynak: trend.az

Diğer Haberler