XİN: Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə edilib - YENİLƏNİB
8 iyun tarixində İstanbul şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvili arasında görüş keçirilib APA x
8 iyun tarixində İstanbul şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvili arasında görüş keçirilib APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb Bildirilib ki, görüş zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq məsələləri müzakirə olunub Nazirlər Azərbaycan və Gürcüstan arasında qarşılıqlı etimada və mehriban qonşuluğa əsaslanan münasibətlərin regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Tərəflər enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhlizin regional və qlobal əhəmiyyətini qeyd ediblər Görüşdə regional təhlükəsizlik məsələləri, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb Tərəflər Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatının regional rifahın, enerji və nəqliyyat bağlantılarının gücləndirilməsinə töhfə verdiyini qeyd edərək, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi niyyətini ifadə ediblər Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər də nəzərdən keçirilib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı Maka Boçorişvili ilə görüşüb APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib Bildirilib ki, Ceyhun Bayramovun İstanbulda keçirilən Azərbaycan–Gürcüstan–Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşü zamanı Azərbaycan –Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib Nazirlər sıx siyasi dialoqun, güclü iqtisadi əlaqələrin, eləcə də enerji, nəqliyyat və regional bağlantılar sahəsində uğurlu əməkdaşlığın əhəmiyyətini vurğulayıb Tərəflər həmçinin, regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi apararaq, Avropa ilə Asiyanı birləşdirən mühüm dəhliz kimi Cənubi Qafqazın artan strateji əhəmiyyətini qeyd ediblər XİN rəhbərləri regional sabitliyə, enerji təhlükəsizliyinə və davamlı iqtisadi inkişafa töhfə verən birgə layihələrin, o cümlədən Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər konnektivlik təşəbbüslərinin irəli aparılmasına dair ortaq öhdəliklərini bir daha təsdiqləyiblər

