Tenqri
Ana Səhifə
Siyasət

XİN rəhbərləri Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsini müzakirə edib - YENİLƏNİB 2

8 iyun tarixində İstanbul şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib APA xəbər verir ki

0 baxışapa.az
XİN rəhbərləri Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsini müzakirə edib - YENİLƏNİB 2
Paylaş:

8 iyun tarixində İstanbul şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb Bildirilib ki, görüş zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual istiqamətləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb Nazirlər Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış üçtərəfli əməkdaşlıq mexanizminin regional sabitliyin, təhlükəsizliyin, enerji və nəqliyyat bağlantılarının təşviqində mühüm rolunu vurğulayıblar. Bu çərçivədə, Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi, regional tranzit imkanlarının genişləndirilməsi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub Tərəflər həmçinin bölgəmizdə davamlı sülh və sabitliyin təmin olunmasının əhəmiyyətini qeyd edərək, regionda əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə və əlaqələndirilmiş səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar Azərbaycan–Türkiyə qardaşlığı hər zamankından daha güclü olaraq qalır APA xəbər verir ki, bu, Azərbaycan XİN-in “X” hesabında Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşünə dair məlumatda bildirilib Məlumata görə, nazirlərin müzakirələri daha geniş regionda sülhün, sabitliyin və rifahın əsas dayaqlarından biri olaraq qalmaqda davam edən Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsinə həsr olunub Tərəflər siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat və bağlantı layihələri, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiya daxil olmaqla ikitərəfli əməkdaşlığın geniş gündəliyini nəzərdən keçiriblər XİN rəhbərləri regional və beynəlxalq proseslər, o cümlədən Cənubi Qafqazda davamlı sülhün və normallaşmanın təmin olunması istiqamətində aparılan səylər, regional bağlantı təşəbbüsləri və Orta Dəhlizin artan strateji əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar “Ortaq tarix, mədəniyyət və dəyərlər üzərində qurulan Azərbaycan–Türkiyə qardaşlığı hər zamankından daha güclü olaraq qalır və regional təhlükəsizliyin, inkişafın və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verməyə davam edir”, - məlumatda deyilir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb APA-nın Türkiyə bürosu xəbər verir ki, görüş İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub Hər üç ölkənin xarici işlər nazirlərinin təkbətək görüşlərindən sonra birgə toplantının keçirilməsi gözlənilir Daha sonra hər üç nazirin mətbuata birgə bəyanatla çıxış etməsi planlaşdırılır

Kaynak: apa.az

Diğer Haberler