Tarix Muzeyində mədəniyyətlərarası səyahət: uşaqlar Meksika və Azərbaycanı necə tanıdılar?
İyunun 11-də Milli Azərbaycan Tarixi Muzeyində “Uşaqlar üçün mədəniyyətlərarası səyahət: Meksika və Azərbaycan” adlı maarifləndirici və mədəni tədbir keçirilib AZƏRTAC xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyi ilə Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin birgə tə

İyunun 11-də Milli Azərbaycan Tarixi Muzeyində “Uşaqlar üçün mədəniyyətlərarası səyahət: Meksika və Azərbaycan” adlı maarifləndirici və mədəni tədbir keçirilib AZƏRTAC xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyi ilə Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirin məqsədi uşaqlar arasında mədəniyyətlərarası dialoqu təşviq etmək, Azərbaycan və Meksika xalqlarının zəngin mədəni irsini tanıtmaq, dostluq və qarşılıqlı anlaşma dəyərlərini aşılamaq olub Tədbir Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlının açılış nitqi ilə başlayıb. Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Viktoriya Romero çıxış edərək Azərbaycan ilə Meksika arasında mədəni əlaqələrin əhəmiyyətini vurğulayıb, uşaqlar arasında mədəniyyətlərarası dialoqun inkişafının vacibliyindən danışıb Daha sonra tədbir çərçivəsində Əməkdar artist, naşir Bəhram Bağırzadənin uşaqlar üçün nəzərdə tutulmuş “Mexiko” kitabının təqdimatı keçirilib. Kitab haqqında ətraflı məlumat verilib, nəşr iştirakçı uşaqlara hədiyyə olunub Tədbir bədii hissə ilə davam edib. Aytac Dadaşova Azərbaycan və Meksika rəqslərini təqdim edib. “Gənc şairlər” uşaq ədəbi layihəsinin iştirakçıları tərəfindən Meksika şairlərinin əsərlərindən nümunələr səsləndirilib. Həmçinin Bülbül Vokal Məktəbinin tələbəsi Arif Qarahəmədli “Azərbaycan” mahnısını ifa edib İştirakçılar muzeydə təşkil edilmiş “Tarixin uşaq izləri” sərgisi ilə tanış olub, həmçinin “İncə Art” studiyasının üzvlərinin Meksikaya həsr olunmuş rəsm əsərlərinə baxıblar. Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb Qeyd edək ki, tədbirdə Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, eləcə də 189-190 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər Sonda tədbirdə fəal iştirak edən uşaqlara təşəkkürnamələr təqdim olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


