Tenqri
Ana Səhifə
Dünya

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 1741 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib Bu barədə AZƏRTAC-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib Bi

0 baxışazertag.az
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
Paylaş:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 1741 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib Bu barədə AZƏRTAC-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib Bildirilib ki, onlardan 718-i üçün agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 1023-ü üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub Kurslarda müdavimlərə data analitik, insan resursları mütəxəssisi, mühasib, qrafik dizayner, sığorta agenti, yanacaqdoldurma stansiyalarının operatoru, qənnadıçı, şirniyyatçı və digər peşələr üzrə bilik və bacarıqlar öyrədilir İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstəriləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler