Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycanın ÜDM-də özəl sektorun rolu ildən-ilə genişlənməkdə davam edir - nazir

BAKI, Azərbaycan, 29 aprel. Azərbaycanın ümumi daxili məhsulunda özəl sektorun rolu ildən-ilə durmadan artmaqda davam edir. Trend -in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib "Ö

0 baxıştrend.az
Azərbaycanın ÜDM-də özəl sektorun rolu ildən-ilə genişlənməkdə davam edir - nazir
Paylaş:

BAKI, Azərbaycan, 29 aprel. Azərbaycanın ümumi daxili məhsulunda özəl sektorun rolu ildən-ilə durmadan artmaqda davam edir. Trend -in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib "Özəl sektorda mövcud olan resurslar qeyri-məhdud deyil. Sahibkarların bu resurslara balanslı və səmərəli çıxışının təmin edilməsi diqqət mərkəzindədir", - nazir bildirib Cabbarov qeyd edib ki, özəl sektora dövlət dəstəyi davam edir və genişləndiriləcək Nazirin sözlərinə görə, bu dəstəyə xüsusi sənaye zonaları, işğaldan azad edilmiş ərazilərdə vergi və digər ödəniş güzəştləri, sosial müavinətlərə üstünlüklər, kommunal xidmətlərə dəstək mexanizmləri, kredit faizlərinin subsidiyaları daxildir "Bu alətlər artıq öz cəlbediciliyini sübut edib və inkişaf etdiriləcək. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının ölkə iqtisadiyyatındakı rolunun gələcəkdə daha da artacağı və daha da güclənəcəyi proqnozlaşdırılır. Zəngəzur dəhlizinin açılışının bu baxımdan ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcəyinə inanırıq", - deyə o bildirib Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler