Tenqri
Ana Səhifə
Siyasət

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikastriyasının prefektini qəbul edib (FOTO/VİDEO)

BAKI, Azərbaycan, 16 iyun. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Yakob Koovakadı qəbul edib Bu, dövlət başçısının mətbuat xidmətinin bəyanatında əksini tapıb Görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-T

0 baxıştrend.az
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikastriyasının prefektini qəbul edib (FOTO/VİDEO)
Paylaş:

BAKI, Azərbaycan, 16 iyun. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Yakob Koovakadı qəbul edib Bu, dövlət başçısının mətbuat xidmətinin bəyanatında əksini tapıb Görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, ikitərəfli əlaqələrin inkişafında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin rolu vurğulanıb. Bu kontekstdə Corc Yakob Koovakadın Azərbaycanın regionlarına gözlənilən səfərinin əhəmiyyəti vurğulanıb Ona göstərilən qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Corc Yakob Koovakad Roma Papası XIV Leonun və Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlətimizin başçısına çatdırdı Prezident İlham Əliyev onun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının Roma Papası XIV Leoya və kardinal Pietro Parolinə çatdırılmasını xahiş etdi Dövlətimizin başçısı Vatikana səfərini və mərhum Roma Papası Fransisk ilə görüşünü, habelə Roma Papasının Azərbaycana səfərini məmnunluqla xatırladı Tərəflər Azərbaycanda tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin bir ailə kimi sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşamasını yüksək qiymətləndiriblər. Onlar həmçinin Azərbaycanın tolerantlıq və multikulturalizm mərkəzi kimi dinlərarası və mədəniyyətlərarası dialoqun dünya miqyasında təşviqinə verdiyi mühüm töhfəni vurğuladılar Azərbaycanda katolik kilsəsinin fəaliyyəti qeyd olunub, hazırda ölkədə ikinci katolik kilsəsinin tikintisinin davam etdirildiyi bildirilib Görüşdə Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında əməkdaşlığa da toxunulub, Fondun həyata keçirdiyi layihələr vasitəsilə mədəni irsin qorunmasında və dinlərarası dialoqun təşviqində rolu vurğulanıb Görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında gələcək əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb Prezident İlham Əliyev görüşdə Roma Papası XIV Leoya Azərbaycana səfərə dəvət məktubunu Corc Yakob Koovakada təqdim edib

Kaynak: trend.az

Diğer Haberler

Cumhurbaşkanı İlham Aliyev, Vatikan Dinler Arası Diyalog Dicastery Valisini kabul etti (FOTO/VİDEO) | Tenqri