Fazil Novruzov: Yeni reallıqlar informasiya siyasətinə yeni yanaşma tələb edir
Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifələrdən biri informasiya məkanının daha da gücləndirilməsi, müasir çağırışlara uyğun olan media mühitinin formalaşdırılması olub. Məhz bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə media sahəsində islahatların dərinləş

Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifələrdən biri informasiya məkanının daha da gücləndirilməsi, müasir çağırışlara uyğun olan media mühitinin formalaşdırılması olub. Məhz bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə media sahəsində islahatların dərinləşdirilməsinə start verilib. Köklü yeniliklərə başlanılıb AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iyunun 16-da keçirilən iclasında “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov deyib O bildirib ki, əsas məqsəd, müstəqil jurnalistikanın inkişafının dövlət informasiya siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilməsi, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımların atılması olub. Həyata keçirilən islahatlar ölkədə peşəkar, məsuliyyətli və dayanıqlı media mühitinin yaradılmasına şərait yaradıb və böyük bir töhfə verib Aparat rəhbərinin sözlərinə görə, media elə bir sahədir ki, heç bir vaxt dayanmır, inkişaf edir. Xüsusilə də son dövrlər texnoloji yeniliklər, süni intellektin həyatımızın bütün sahələrinə qədəm qoyduğu kimi, mediaya da ayaq açıb. Yeni reallıqlar isə mediaya, ümumiyyətlə informasiya siyasətinə yeni yanaşmanı tələb edir. Hazırda təklif olunan həmin islahat xarakterli dəyişikliklər məhz bu məqsədə xidmət edir. Milli informasiya mühitinin təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, media subyektlərinin belə bir təlatümlü şəraitdə dayanıqlı olması gündəmdə olan məsələlərdən biridir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

MATRADE: Malayziyanın halal sektorunun uğuru güclü ekosistem və dövlət siyasətinə əsaslanır
