Tenqri
Ana Səhifə
Siyasət

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı Azərbaycanın siyasi həyatında sadəcə dönüş nöqtəsi deyil, həm də ölkəni yaxınlaşmaqda olan dövlət böhranından xilas edən həlledici addım olub. Məhz 1993–1997-ci illərdə qəbul edilən qərarlar Azərbaycanın müasir müstəqil xaric

0 baxışazertag.az
Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub
Paylaş:

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı Azərbaycanın siyasi həyatında sadəcə dönüş nöqtəsi deyil, həm də ölkəni yaxınlaşmaqda olan dövlət böhranından xilas edən həlledici addım olub. Məhz 1993–1997-ci illərdə qəbul edilən qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin əsasını təşkil edib Bu fikirləri AZƏRTAC-a müsahibəsində İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti, beynəlxalq ekspert Karlo Marino səsləndirib Onun sözlərinə görə, həmin dövrün əhəmiyyətini düzgün qiymətləndirmək üçün Azərbaycanın 1992–1993-cü illərdə üzləşdiyi böhranların miqyasını nəzərə almaq lazımdır “Bu dövrün bugünkü müstəqil xarici siyasətə necə yol açdığını tam anlamaq üçün ilk növbədə 1992–1993-cü illərin taleyüklü böhranlarını qəbul etməliyik. Həmin böhranlara Qarabağda Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələnən dağıdıcı müharibə, bir milyondan çox insanın məcburi köçkün düşməsi, 1000 faizi ötən hiperinflyasiya, eləcə də Bakının özündə rəqabət aparan silahlı qruplaşmaların mövcudluğu daxil idi”, – deyə ekspert bildirib Agentliyin həmsöhbəti vurğulayıb ki, Heydər Əliyevin ilk və ən mühüm qərarlarından biri dövlətin qanuni güc tətbiqi üzərində inhisarını bərpa etməsi olub “Hakimiyyətə gəldikdən sonra o, Surət Hüseynovun briqadası və müxtəlif silahlı birləşmələr də daxil olmaqla, nəzarətdən kənarda fəaliyyət göstərən hərbi qüvvələrlə üzləşdi. Bu problemi aradan qaldırmaq üçün nizamsız silahlı dəstələr ləğv edildi, hərbi rəhbərlikdə kadr dəyişiklikləri aparıldı və vahid mərkəzləşdirilmiş komandanlıq altında peşəkar milli ordu formalaşdırıldı”, – deyə Karlo Marino qeyd edib O, həmçinin 1994-cü ildə atəşkəs rejiminin əldə olunmasının əhəmiyyətinə diqqət çəkib “1994-cü ilin sonunadək Heydər Əliyev Bişkek protokolu kimi tanınan kövrək atəşkəsə nail ola bildi. Bu, ərazilərin geri qaytarılmasını təmin etməsə də, sonrakı itkilərin qarşısını aldı. Aktiv döyüş əməliyyatlarının dayandırılması sonrakı bütün iqtisadi və diplomatik təşəbbüslərin həyata keçirilməsi üçün zəruri şərtə çevrildi”, – deyə İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti vurğulayıb Ekspert 1994-cü il sentyabrın 20-də aparıcı beynəlxalq neft şirkətlərinin konsorsiumu ilə imzalanmış və “Əsrin müqaviləsi” kimi tanınan məhsul bölgüsü sazişinin əhəmiyyətini də xüsusi qeyd edib “İqtisadi baxımdan ən böyük dönüş yaradan qərar beynəlxalq neft şirkətlərinin konsorsiumu ilə 30 illik məhsul bölgüsü sazişinin imzalanması oldu. Heydər Əliyev yalnız Bakı–Novorossiysk sovet neft kəmərinə arxalanmaq əvəzinə, Bakı–Tbilisi–Ceyhan neft kəməri başda olmaqla bir neçə boru kəməri layihəsinin həyata keçirilməsinə nail oldu”, – deyə o bildirib Karlo Marinonun sözlərinə görə, çoxşaxəli enerji siyasəti dövlət institutlarının möhkəmlənməsinə, Qərb ölkələrinin Azərbaycanın sabitliyinə strateji marağının artmasına və xarici təzyiqlərdən asılılığın azalmasına imkan yaradıb. Bu isə “Azərbaycanı enerji resurslarının ixracı sahəsində həqiqi müstəqilliyə nail olmuş ilk postsovet respublikasına çevirib” Siyasi islahatlardan danışan ekspert 1995-ci ildə referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının əhəmiyyətini də vurğulayıb “Konstitusiya hakimiyyət bölgüsünü hüquqi cəhətdən təsbit etdi. Lakin 1990-cı illərin mürəkkəb şəraitində daha vacib məqam ondan ibarət idi ki, sənəd respublikanın sərhədlərinin zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün pozulmasına yönələn hər hansı hərəkəti qadağan edirdi. Məhz bu konstitusion baza 1990-cı illərin əvvəllərindəki xaotik siyasi qarşıdurmalara son qoydu”, – deyə o bildirib Agentliyin həmsöhbətinin fikrincə, ölkədaxili sabitliyin təmin olunması Azərbaycanın xarici investorlar və beynəlxalq ictimaiyyət üçün daha etibarlı tərəfdaşa çevrilməsinə şərait yaradıb “1993–1997-ci illərdə qəbul edilən qərarlar ölkənin müstəqil xarici siyasi kursunun təməlini formalaşdırdı. Onlar Azərbaycanın bu gün həyata keçirdiyi, nə Rusiyayönümlü, nə də Qərbyönümlü deyil, məhz Azərbaycanın milli maraqlarına söykənən müstəqil xarici siyasəti üçün institusional zəmin yaratdı”, – deyə ekspert vurğulayıb Karlo Marino diqqətə çatdırıb ki, hazırda Azərbaycan ərazisində daimi xarici hərbi bazalar yoxdur “Bu, Bakının neft-qaz sektorundan əldə olunan gəlirlər hesabına öz müdafiəsini əsasən müstəqil şəkildə maliyyələşdirmək imkanına malik olması sayəsində mümkün olub. Heydər Əliyevin 1994-cü ildə eyni vaxtda bir neçə beynəlxalq konsorsiumla əməkdaşlıq etmək qərarı Azərbaycana maliyyə suverenliyi qazandırdı və zərurət yarandıqda həm Moskvaya, həm də Brüsselə “yox” demək imkanı verdi”, – deyə ekspert fikrini yekunlaşdırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler