Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir
Bildiyimiz kimi, kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahələrdən biridir. 2025-ci ildə aqrar sektor ölkənin ümumi daxili məhsulunun 5,9 faizini, qeyri-neft ümumi daxili məhsulunun isə 8,3 faizini formalaşdırıb AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüf

Bildiyimiz kimi, kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahələrdən biridir. 2025-ci ildə aqrar sektor ölkənin ümumi daxili məhsulunun 5,9 faizini, qeyri-neft ümumi daxili məhsulunun isə 8,3 faizini formalaşdırıb AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyunun 11-də Milli Məclisdə keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə çıxışı zamanı deyib Nazir bildirib ki, mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı müşavirəsində yeni, konkret və qısamüddətli proqramın hazırlanmasının zəruriliyi vurğulanıb. Çıxışda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxalın azaldılması, yerli istehsalın artırılması, infrastrukturun inkişafı və investorların bu sahəyə cəlbi ilə bağlı tapşırıqlar verilib. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” 2022-ci il 22 iyul tarixli Sərəncamla təsdiq edilmiş Strategiyaya uyğun hazırlanıb. Dövlət Proqramının uğuru yalnız maliyyə və institusional dəstək deyil, həm də müasir çağırışlara uyğun hüquqi bazanın formalaşdırılması ilə bağlıdır. Bu səbəbdən qarşıdakı dövrdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində mühüm normativ-hüquqi təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur”, deyə Məcnun Məmmədov əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


