Müasir filologiya: problemlər, çağırışlar, hədəflər - elmi konfrans
Bakı Dövlət Universitetində (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Müasir filologiya: problemlər, çağırışlar, hədəflər” mövzusunda respublika elmi konfransı keçirilib BDU-dan AZƏRTAC-a bildirilib ki, konfrans

Bakı Dövlət Universitetində (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Müasir filologiya: problemlər, çağırışlar, hədəflər” mövzusunda respublika elmi konfransı keçirilib BDU-dan AZƏRTAC-a bildirilib ki, konfransın plenar iclasında Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın sosial, ictimai və iqtisadi həyatındakı mühüm rolundan bəhs edib. O qeyd edib ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dekan vurğulayıb ki, filoloqların əsas vəzifəsi Azərbaycan dilinin və ədəbiyyatının inkişafına töhfə verməkdir və keçirilən konfrans da bu məqsədə xidmət edir. Bildirilib ki, konfransa 200-ə yaxın elmi məqalə təqdim olunub Daha sonra Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov “Heydər Əliyevin azərbaycançılıq ideologiyası” mövzusunda məruzə ilə çıxış edib. O, azərbaycançılıq ideologiyasının əsas prinsiplərindən danışaraq bildirib ki, ana dilinə hörmət, dövlətçiliyə sədaqət və milli tarixə ehtiram bu ideologiyanın əsasını təşkil edir. Akademik əlavə edib ki, azərbaycançılıq ideologiyası birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu ideologiyanın həm nəzəri, həm də praktik şəkildə formalaşdırılaraq cəmiyyətə təqdim edilməsi məhz bu siyasi kursun nəticəsidir Plenar iclasda Türkologiya kafedrasının professoru Elbrus Əzizovun “Azərbaycan dilinə Heydər Əliyev qayğısı”, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun “Heydər Əliyev və milli mədəniyyət” adlı məruzələri dinlənilib Konfrans işini doqquz bölmədə davam etdirib. Bölmə iclaslarında 100-ə yaxın elmi məruzə dinlənilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


