Kitabxanaşünaslığın aktual problemləri – elmi konfrans
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II respublika elmi konfransı işə başlayıb Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II respublika elmi konfransı işə başlayıb Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik tariximizdəki xilaskarlıq rolunu vurğulayaraq, dahi rəhbərin ölkənin ən çətin vaxtında Azərbaycanda daxili sabitliyi bərqərar etdiyini və uzaqgörən xarici siyasəti sayəsində dövlətin prioritet istiqamətlərini dəqiqliklə müəyyənləşdirdiyini diqqətə çatdırıb AMEA rəhbəri Qarabağ münaqişəsinin davam etdiyi dövrdə məhz Heydər Əliyevin qətiyyətli diplomatik gedişləri ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına və ölkəmizin haqlı mövqeyinin tanınmasına nail olduğunu qeyd edib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin bu siyasi kursu uğurla davam etdirilib, nəticədə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və xalqın birliyi ilə şanlı Qələbəyə imza atılıb Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Prezident İlham Əliyev hazırda qalib xalqın qalib lideri kimi Azərbaycanı inamla irəli aparır Akademiya rəhbəri bildirib ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində elm, təhsil və mədəniyyət sahələrinin inkişafı xüsusi yer tutub və bu istiqamətlər dövlətin intellektual potensialının əsas dayaqları kimi daim diqqət mərkəzində olub. Sovet dövründə Azərbaycan ziyalılarına göstərilən yüksək qayğı və onların dövlət səviyyəsində dəstəklənməsi bu siyasətin mühüm tərkib hissəsi idi. Bu ənənə indi də uğurla davam etdirilir MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov “Heydər Əliyev və Azərbaycanda kitabxana işinin inkişafı” adlı məruzəsi ilə çıxış edib. Direktor qeyd edib ki, Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsində kitabxanalar mühüm rol oynayıb və bu sahənin inkişafı birbaşa Ulu Öndərin adı ilə bağlı olub. Onun rəhbərliyi dövründə kitabxana şəbəkəsi genişləndirilib, yeni kitabxanalar yaradılıb, ixtisaslı kadr hazırlığı gücləndirilib və kitabxana işi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Müstəqillik illərində isə Heydər Əliyevin uzaqgörən qərarları nəticəsində kitabxanalar qorunub, bu sahənin hüquqi bazası daha da möhkəmləndirilib Konfransda Prezident Kitabxanasının direktoru professor Afət Abbasova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Bayramov, YAP Yasamal rayon təşkilatının məsləhətçisi Fuad Həbibzadə çıxış edərək kitabxanaşünaslıq elminin tədqiqinə, aktual problemlərinin müzakirəsinə ehtiyac olduğunu bildiriblər Daha sonra konfrans işini “Heydər Əliyevin Azərbaycanda kitab və kitabxana işinin inkişafında rolu”, “Rəqəmsallaşma şəraitində kitabxana fondlarının formalaşdırılması və idarə olunması”, “Elm-kitabxana-cəmiyyət qarşılıqlı əlaqədə”, “Korporativ kitabxana sistemlərinin, süni intellekt və yeni texnologiyaların kitabxanaların fəaliyyətinə tətbiqi” mövzularında bölmələrlə davam etdirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


