Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinə dair elmi simpozium təşkil ediləcək
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutu və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə bu il sentyabrın 24-də “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühit” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək AMEA-dan

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutu və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə bu il sentyabrın 24-də “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühit” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi şəhər mühitinin ekoloji, bioloji və tibbi komponentlərinin qarşılıqlı təsirini müasir elmi yanaşmalar əsasında təhlil etmək, beynəlxalq elmi təcrübənin və innovativ tədqiqat nəticələrinin müzakirəsi üçün platforma yaratmaqla dayanıqlı və sağlam “yaşıl şəhər” mühitinin formalaşdırılması istiqamətində elmi cəhətdən əsaslandırılmış yanaşmaların və tövsiyələrin hazırlanmasına töhfə verməkdir Konfrans şəhər mühitinin insan sağlamlığına təsiri, ekoloji risklər (fraqmentasiya, çirklənmə və səs-küy), biomüxtəliflik və ekosistem davamlılığı, yaşıl infrastruktur və bioadaptiv memarlıq, sağlam və dayanıqlı şəhər modelləri, urban stres və psixi sağlamlıq, şəhərə xas yoluxucu və qeyri-yoluxucu xəstəliklər və profilaktik yanaşmalar, eləcə də ekoloji təhlükəsiz şəhərlər üçün innovativ və normativ-hüquqi həllər mövzularını əhatə edir Tezisləri ingilis və ya Azərbaycan dillərində sentyabrın 10-dək ünvanına göndərilməlidir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


