İran müharibəyə son qoymağa və regional sabitliyə üstünlük verir - XİN sözçüsü
BAKI, Azərbaycan, 11 may. İranın əsas prioriteti müharibənin bütün formalarda dayandırılması kimi məsələləri həll etməkdir, - İsmail Bəqayi bu gün keçirdiyi mətbuat konfransında deyib Onun sözlərinə görə, İran Livan məsələsini, Fars körfəzi və Hörmüz boğazını vacib hesab edir Baghaei qeyd edib k

BAKI, Azərbaycan, 11 may. İranın əsas prioriteti müharibənin bütün formalarda dayandırılması kimi məsələləri həll etməkdir, - İsmail Bəqayi bu gün keçirdiyi mətbuat konfransında deyib Onun sözlərinə görə, İran Livan məsələsini, Fars körfəzi və Hörmüz boğazını vacib hesab edir Baghaei qeyd edib ki, eyni zamanda ABŞ-ın ticarət gəmilərinə qarşı qeyri-qanuni hərəkətlərinin dayandırılması gündəmdədir Nazirlik rəsmisi əlavə edib ki, hazırda prioritet məsələlərin diqqət mərkəzində saxlanılması məsuliyyətli və məntiqli addım hesab olunur Bu arada, ABŞ və İran arasında nüvə danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə olunmadığından vəziyyət fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarına başlaması ilə gərginləşdi. İran buna cavab olaraq İsrail və ABŞ-ın bölgədəki obyektlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Bu hadisələrdən sonra aprelin 7-də Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə edildi. Lakin aprelin 11-də İslamabadda ABŞ və İran arasında keçirilən növbəti danışıqlarda konsensus əldə olunmayıb Bundan əlavə, aprelin 21-də ABŞ prezidenti Donald Tramp İran öz təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə yekunlaşana qədər atəşkəs rejiminin uzadılacağını elan edib


