İran ABŞ-la danışıqların dayandırılması fonunda öz hüquqlarını bir daha təsdiqləyib
BAKI, Azərbaycan, 11 may. İran ABŞ-ın təklifinə cavab olaraq sadəcə olaraq öz qanuni hüququnu bəyan edib, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi mayın 11-də Tehranda keçirdiyi mətbuat konfransında bildirib Onun sözlərinə görə, İranın təklifində Hörmüz boğazından təhlükəsiz keçidin tə

BAKI, Azərbaycan, 11 may. İran ABŞ-ın təklifinə cavab olaraq sadəcə olaraq öz qanuni hüququnu bəyan edib, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi mayın 11-də Tehranda keçirdiyi mətbuat konfransında bildirib Onun sözlərinə görə, İranın təklifində Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi qeyd olunub Nazirlik sözçüsü ABŞ-ın bölgədəki hərəkətlərini pisləyib və bu hərəkətlərin beynəlxalq sülh və sabitliyə töhfə vermədiyini bildirib İran bir neçə gün əvvəl ABŞ-ın təklifinə cavab verdiyini açıqlamışdı Bu arada, ABŞ və İran arasında nüvə danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə olunmadığından vəziyyət fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarına başlaması ilə gərginləşdi. İran buna cavab olaraq İsrail və ABŞ-ın bölgədəki obyektlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Bu hadisələrdən sonra aprelin 7-də Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə edildi. Lakin aprelin 11-də İslamabadda ABŞ və İran arasında keçirilən növbəti danışıqlarda konsensus əldə olunmayıb Bundan əlavə, aprelin 21-də ABŞ prezidenti Donald Tramp İran öz təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə yekunlaşana qədər atəşkəs rejiminin uzadılacağını elan edib


