Tenqri
Ana Səhifə
Siyasət

İran regional təhlükəsizliyə sadiqliyini təsdiq edir, xarici müdaxiləyə qarşıdır

BAKI, Azərbaycan, 11 may. İran regionun təhlükəsizliyinə xələl gətirə biləcək istənilən müdaxiləni qəbuledilməz hesab edir, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bu gün keçirdiyi mətbuat konfransında deyib Onun sözlərinə görə, İran hesab edir ki, regional təhlükəsizlik və sabitliyə r

0 baxıştrend.az
İran regional təhlükəsizliyə sadiqliyini təsdiq edir, xarici müdaxiləyə qarşıdır
Paylaş:

BAKI, Azərbaycan, 11 may. İran regionun təhlükəsizliyinə xələl gətirə biləcək istənilən müdaxiləni qəbuledilməz hesab edir, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bu gün keçirdiyi mətbuat konfransında deyib Onun sözlərinə görə, İran hesab edir ki, regional təhlükəsizlik və sabitliyə region ölkələri arasında və region ölkələri arasında kollektiv etimadı gücləndirməklə nail olmaq olar. Bu cür təhlükəsizliyə həqiqətən etibar etmək olar “Son 60 gündə baş verən hadisələr göstərdi ki, regiona xarici qüvvələrin cəlb olunması qeyri-sabitliyi və gərginliyi artırıb” Bu arada, ABŞ və İran arasında nüvə danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə olunmadığından vəziyyət fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarına başlaması ilə gərginləşdi. İran buna cavab olaraq İsrail və ABŞ-ın bölgədəki obyektlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Bu hadisələrdən sonra aprelin 7-də Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə edildi. Lakin aprelin 11-də İslamabadda ABŞ və İran arasında keçirilən növbəti danışıqlarda konsensus əldə olunmayıb Bundan əlavə, aprelin 21-də ABŞ prezidenti Donald Tramp İran öz təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə yekunlaşana qədər atəşkəs rejiminin uzadılacağını elan edib

Kaynak: trend.az

Diğer Haberler