Tenqri
Ana Səhifə
Siyasət

ICMP-nin Baş direktoru: Hələ də aşkarlanmalı olan kütləvi və gizli məzarlıqlar var - MÜSAHİBƏ

Azərbaycanda səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru xanım Katrin Bombergerin APA-ya müsahibəsi Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasına yönəlmiş səylər irəliləyir Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı hərbi tə

0 baxışapa.az
ICMP-nin Baş direktoru: Hələ də aşkarlanmalı olan kütləvi və gizli məzarlıqlar var - MÜSAHİBƏ
Paylaş:

Azərbaycanda səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru xanım Katrin Bombergerin APA-ya müsahibəsi Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasına yönəlmiş səylər irəliləyir Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Ermənistanı kütləvi məzarlıqların dəqiq koordinatlarını Azərbaycana verməyə məcbur və ya təşviq etmək üçün hansı mexanizmləri mövcuddur? Ümumilikdə ICMP-nin fəaliyyəti hökumətlər arasında əməkdaşlığın təmin edilməsinə yönəlib. Bu, əməkdaşlıq etdiyimiz hökumətlərin texniki və hüquqi imkanlarının gücləndirilməsi, həm dövlət qurumları arasında, həm də əvvəllər münaqişə yaşamış ölkələrin hökumətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi deməkdir Bu, son dərəcə vacib olacaq. Biz qəti şəkildə inanırıq ki, hazırda iki hökumət arasında sülhün təmin olunmasına yönəlmiş səylər irəliləyir. Bunun bariz nümunəsi sülh sazişinin paraflanmasıdır və ümid edirik ki, o, qüvvəyə minəcək. Xüsusilə də sülh sazişinin 9-cu maddəsi bu baxımdan mühüm əhəmiyyət daşıyır Ümid edirik ki, ICMP-nin Azərbaycan hökumətinə hədiyyə etdiyi məlumat bazası da daxil olmaqla, bu yeni texnologiyalar hökumətlər arasında əməkdaşlığın gücləndirilməsi və hər iki tərəfdə itkin düşmüş şəxslərin mümkün yerləşdiyi yerlərlə bağlı mühüm məlumatların paylaşılması üçün vasitə olacaq. Buraya kütləvi və ya gizli məzarlıqlar barədə məlumatlar, eləcə də Azərbaycan və Ermənistan tərəfindən paylaşılması mümkün olan digər məlumatlar daxildir Konfrans zamanı da qeyd etdiyim kimi, keçmiş Yuqoslaviya bunun uğurlu nümunəsidir. Həmin regionun hökumətləri itkin düşmüş şəxslərlə bağlı birgə işçi qrupu yaratdılar və 2021-ci ildə məlumatların qarşılıqlı şəkildə paylaşıldığı fəal məlumat bazası sistemini istifadəyə verdilər Hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşması istiqamətində irəliləyiş davam etdikcə, məlumat mübadiləsi imkanları da daha da genişlənəcək İtkin düşmüş şəxslərin sayının çox olduğu Venesuelaya da dəstək göstərməyə hazırıq Azərbaycan işğaldan azad edilmiş ərazilərdə ekshumasiya işləri aparır. İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya bu prosesə texniki, laborator və ekspert dəstəyi göstərir? Bəli, hazırda biz Azərbaycana DNT analizlərinin aparılması sahəsində dəstək veririk. Bu, ICMP-nin ixtisaslaşdığı əsas sahələrdən biridir. Biz dünyanın müxtəlif bölgələrində ön cəbhədə fəaliyyət göstərmişik. Məsələn, itkin düşmüş şəxslərin sayının çox olduğu Venesuelaya da dəstək göstərməyə hazırıq Biz həm Azərbaycana, həm də Ermənistana texniki bacarıqlarının artırılmasında kömək edə bildiyimiz üçün böyük məmnunluq duyuruq. Bu dəstək ilk növbədə DNT analizi sahəsini əhatə edir. Buradakı laboratoriyanı ziyarət etmək və görülən işlərlə tanış olmaq imkanımız olub Eyni zamanda Azərbaycanın və Ermənistanın yüksək ixtisaslı alimlərini bacarıqlarını daha da artırmaq üçün Niderlanddakı laboratoriyalarımıza qəbul etmişik Ən böyük çətinlik adətən uzun illər keçdiyi üçün ciddi şəkildə deqradasiyaya uğramış sümük qalıqlarından DNT götürməkdir. Axı bu münaqişə uzun illər əvvəl baş verib Biz məhz belə ağır deqradasiyaya uğramış sümük nümunələri ilə işləmək sahəsində xüsusi təcrübəyə malikik və digər hökumətlərin nəticə əldə edə bilmədiyi hallarda biz uğurlu nəticələr qazanırıq. Hesab edirəm ki, bu, Azərbaycanın şəxsiyyəti müəyyən edilən itkinlərin sayını artırmasına mühüm töhfə verəcək Lakin hələ də aşkarlanmalı və qazılmalı olan əlavə kütləvi və gizli məzarlıqlar mövcuddur. Buna görə də biz bu sahədə əlavə təlimlər keçirməyi də planlaşdırırıq Bakıda keçirilən konfransda Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini cənab Şərafət Həsənov və bu məsələ üzərində çalışan digər qurumların nümayəndələrinin görülən genişmiqyaslı işlər barədə dediklərini eşitdiniz. Biz həmçinin buradakı antropoloji laboratoriyalarla tanış olmuş, ekshumasiya işlərini yerində izləmiş və onlarla əlavə təlimlərin təşkili istiqamətində əməkdaşlığa başlamışıq Çünki DNT əsaslı identifikasiya prosesində həm hadisə yerində aparılan işlərin, həm də morqlarda həyata keçirilən antropoloji tədqiqatların ən yüksək standartlara uyğun olması çox vacibdir. Alimlər DNT-nin ən yüksək ehtimalla əldə oluna biləcəyi sümük nümunələrinin hansılar olduğunu dəqiq müəyyən etməlidirlər Buna görə də bizim dəstəyimiz kompleks xarakter daşıyır. Buraya dövlət institutlarının gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, texniki imkanların artırılması və məlumat sistemlərinin inkişaf etdirilməsi daxildir. Bütün bunların məqsədi itkin düşmüş şəxslərin ailələrinin həqiqəti bilmək, ədalətə nail olmaq və təzminat almaq hüquqlarının daha yaxşı təmin edilməsinə, eləcə də Ermənistan və Azərbaycan arasında əməkdaşlığın uğur qazanmasına xidmət etməkdir ki, nəticədə regionda davamlı sülh bərqərar olsun Meyit qalıqları, ölümün səbəbi və şəraiti ilə bağlı bütün məlumatlar da sistemə əlavə olunur Yeni hazırlanmış İtkin düşmüş şəxslərlə bağlı Məlumat İdarəetmə Sisteminin imkanları Azərbaycan üçün hansı üstünlükləri təmin edəcək? Bu məlumat sistemi çoxsaylı modullardan ibarətdir və itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası prosesinin bütün mərhələlərini əhatə edir Modullardan biri itkin düşmüş şəxslərin ailələri və yaxınları üçün nəzərdə tutulub. Onlar bu sistem vasitəsilə müxtəlif məlumatlar, o cümlədən genetik müqayisə nümunələri təqdim edə bilirlər Digər modullar isə əsasən dövlət qurumlarının istifadəsi üçündür. Sistem ekshumasiya işlərinin aparılmasından başlayaraq bütün prosesi izləyir. Sahədə toplanan məlumatlar sistemə daxil edilir, daha sonra morqa ötürülür və burada meyit qalıqları, ölümün səbəbi və şəraiti ilə bağlı bütün məlumatlar da sistemə əlavə olunur Sistem həmçinin DNT laboratoriyalarında aparılan iş prosesini də izləyir Bundan başqa o, yalnız genetik məlumatların deyil, həm də sahədə toplanmış digər məlumatların qarşılaşdırılmasını və uyğunlaşdırılmasını asanlaşdırır. Nəticədə, ümid edirik ki, itkin düşmüş şəxslərin ailələri öz yaxınları barədə mümkün olan ən dolğun məlumatı əldə edə biləcəklər. Bu, yalnız DNT uyğunluğu əsasında elmi şəkildə təsdiqlənmiş şəxsiyyətin müəyyən edilməsini deyil, həm də həmin şəxsin itkin düşməsi ilə bağlı halların və şəraitin müəyyən olunmasını əhatə edir Məhz buna görə bu sistem olduqca mühüm əhəmiyyət daşıyır Eyni zamanda sistem ailələrə onlayn qaydada itkin düşmüş şəxs barədə məlumat verməyə və işlərinin hansı mərhələdə olduğunu izləməyə imkan yaradır Ümid edirəm ki, bu, prosesin şəffaflığını əhəmiyyətli dərəcədə artıracaq və ailələrə öz işlərinin vəziyyətini real vaxt rejimində izləmək imkanı verəcək. Onlar uzun illərdir cavab gözləyirlər və artıq həqiqəti öyrənmək istəyirlər Düşünürəm ki, bu sistem bir çox cəhətdən mövcud prosesi müasirləşdirəcək, kağız üzərində aparılan işi elektron formata keçirəcək, itkin düşmüş şəxslərin tapılması və identifikasiyası imkanlarını əhəmiyyətli dərəcədə artıracaq

Kaynak: apa.az

Diğer Haberler