Prezident İlham Əliyev Esvatini ilə əməkdaşlığa dair anlaşma memorandumunu təsdiq edib
BAKI, Azərbaycan, 30 iyun. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini ştatının İnformasiya, Rabitə və Texnologiyalar Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi üzrə təkmil mexanizmin yaradılması sahəsində əmə

BAKI, Azərbaycan, 30 iyun. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini ştatının İnformasiya, Rabitə və Texnologiyalar Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi üzrə təkmil mexanizmin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiq edilib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Esvatini Hökumətinə bildiriş göndərməlidir “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Respublikasının İnformasiya, Rabitə və Texnologiyalar Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi üzrə təkmil mexanizmin yaradılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” 2026-cı il mayın 19-da Bakıda imzalanıb

