Azərbaycanda korrupsiya barədə məlumat verən şəxsə təzyiq qadağan edilir
BAKI, Azərbaycan, 30 iyun. Azərbaycanda korrupsiya ilə bağlı hüquqpozmalarla bağlı məlumat verən şəxsi və ya onların yaxın qohumlarını hədələmək, təzyiqə məruz qoymaq, maddi və ya mənəvi zərər vurmaq, şərəf və ləyaqətini təhqir etmək və alçaltmaq qadağandır Azərbaycan Respublikasının Prezidenti İl

BAKI, Azərbaycan, 30 iyun. Azərbaycanda korrupsiya ilə bağlı hüquqpozmalarla bağlı məlumat verən şəxsi və ya onların yaxın qohumlarını hədələmək, təzyiqə məruz qoymaq, maddi və ya mənəvi zərər vurmaq, şərəf və ləyaqətini təhqir etmək və alçaltmaq qadağandır Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna müvafiq dəyişiklikləri imzalayıb Belə ki, korrupsiya ilə bağlı bu cür hüquqpozmalara dair məlumat verən işçiyə birbaşa və ya dolayısı ilə cavab tədbirləri görmək məqsədilə cərimə tətbiq etmək, əmək müqaviləsinə xitam vermək, işdən çıxarmaq, başqa işə keçirtmək, əməkhaqqından qanunsuz tutulmalar etmək, vəzifədə irəliləyiş və ya həvəsləndirməyə fəal və ya passiv mane olmaq, onları mənfi səciyyələndirmək və digər bu kimi tədbirlər qadağandır Korrupsiya ilə bağlı hüquqpozmalara dair məlumat verən şəxs ondan qisas almaq üçün hər hansı tədbirin tətbiq edilməsinə dair sübut təqdim edərsə, bu sübutları təkzib etmək işəgötürənin üzərinə düşür Orqan rəhbəri də müvafiq orqan daxilində bu tələblərə əməl olunmasını təmin etməlidir və bu maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olur Qanunla qadağan olunmuş hərəkətlərə məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün müvafiq rəisə və məhkəməyə müraciət edə bilər Qanuna əlavə edilən yeni maddəyə əsasən, qurumların rəhbərləri idarə daxilində korrupsiya ilə bağlı hüquqpozmalarla bağlı məlumatların verilməsi mexanizmini müəyyən etməlidirlər Eyni zamanda, orqanların rəhbərləri iş görən və ya xidmət göstərən digər şəxslərin korrupsiya ilə bağlı hüquqpozmalar haqqında məlumat almaq hüququ olan subyektlərlə, bu subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət qaydaları, müraciətə baxılmasının nəticəsi, korrupsiya ilə bağlı hüquqpozmalar haqqında məlumat verən şəxslərin hüquqları ilə tanışlığını təşkil etməlidirlər Bundan başqa, qurumların rəhbərləri korrupsiya ilə bağlı hüquqpozmalarla bağlı məlumatların qəbulu və araşdırılması üzrə səlahiyyətli struktur bölməni həmin orqanın strukturunu, işçilərinin sayını, fəaliyyət istiqamətlərini, işlərin həcmini nəzərə almaqla müəyyən edəcəklər Bundan başqa, dəyişikliyə əsasən, orqanlarda çalışan işçilər korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumatı səlahiyyətli struktur bölməyə təqdim edə bilərlər. Səlahiyyətli struktur bölməsi öz funksiyalarını səmərəli şəkildə yerinə yetirmək üçün onun fəaliyyətinə qanunsuz müdaxiləni istisna etmək üçün zəruri müstəqilliyə malik olmalıdır. Səlahiyyətli struktur bölmə işçilərə qarşı həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqində, insan resurslarının idarə edilməsində, işçilərin qiymətləndirilməsində (attestasiyasında) birbaşa və ya dolayısı ilə iştirak etməməlidir Səlahiyyətli struktur bölmə orqan rəhbərləri qarşısında hesabatlılıq və qərəzsizlik tələblərinə uyğun fəaliyyət göstərməlidir

