ICMP itkin düşmüş şəxslərlə bağlı Azərbaycan-Ermənistan əməkdaşlığının inkişafını alqışlayır
BAKI, Azərbaycan, 30 iyun. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Ermənistandakı müvafiq qurum arasında əlaqələrin inkişafını görmək sevindirici haldır, İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Ketrin Bomberqer
BAKI, Azərbaycan, 30 iyun. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Ermənistandakı müvafiq qurum arasında əlaqələrin inkişafını görmək sevindirici haldır, İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Ketrin Bomberqer "İtkin düşmüş şəxslərlə bağlı problemin həllinə müasir yanaşmalar və Trend ICMP-nin hesabatları ilə əməkdaşlığı gücləndirmək" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib. tədbirdən Onun sözlərinə görə, hər iki ölkənin 2025-ci il avqustun 8-də sülh sazişi imzalaması mühüm hadisə olub "Bakıda bu yaxınlarda keçirdiyim görüşlər zamanı öyrəndim ki, Azərbaycan və Ermənistanın Çin Xalq Respublikasında prokurorluq orqanları arasında görüş keçirilib. Bütün bu hadisələr regionda etimadın möhkəmləndirilməsi və davamlı sülhün təmin olunması baxımından çox vacibdir Azərbaycanla əməkdaşlığımıza gəlincə, mən konfransın əsas mövzusu olan iki istiqamətə - əməkdaşlığın gücləndirilməsi və itkin düşmüş şəxslərin probleminin həlli üçün müasir mexanizmlərin hazırlanmasına toxunmaq istərdim. Əməkdaşlıq baxımından, ilk növbədə, dövlət daxilində koordinasiya xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda bu məsələ ilə məşğul olan dövlət komissiyasının yaradılması, çoxsaylı dövlət qurumlarının, nazirliklərin prosesə cəlb olunması çox müsbət nümunədir. Bu cür institusional yanaşma itkin düşmüş şəxslər probleminin həllində dövlətlərin atmalı olduğu ən mühüm addımlardan biridir, çünki bu məsələ müxtəlif sahələri əhatə edir və müvafiq qurumlar arasında sıx əməkdaşlıq tələb edir İkinci mühüm istiqamət qanunvericiliyin təkmilləşdirilməsidir. Biz Azərbaycanda bu sahədə mövcud qanunvericiliyin müasirləşdirilməsi istiqamətində aparılan işləri müsbət qiymətləndiririk. Münaqişədən və kütləvi itkinlərin baş verməsindən sonra əksər dövlətlərdə bu problemi tam əhatə edən hüquqi baza yoxdur. Azərbaycanın dəvəti ilə apardığımız qiymətləndirmənin nəticələri də göstərir ki, bu istiqamətdə irəliləyiş üçün imkanlar var Əməkdaşlığın digər mühüm istiqaməti dövlət komissiyası ilə itkin düşmüş şəxslərin ailələri arasında əlaqələrdir. Hesab edirəm ki, bu, əməkdaşlığın ən vacib sahəsidir. Beynəlxalq hüquqa görə, dövlətlər təkcə itkin düşmüş şəxslərin taleyini araşdırmaq və onların harada olduğunu müəyyən etmək məcburiyyətində deyillər. Eyni zamanda, onlar itkin düşmüş ailələrinin, əsasən də qadın və uşaqlardan ibarət fundamental hüquqlarını da təmin etməlidirlər. Bu hüquqlara həqiqəti bilmək hüququ, ədalət mühakiməsinə çıxış və təzminat daxildir Ona görə də ailələrin axtarış prosesində fəal iştirak etməsi və öz hüquqlarını həyata keçirə bilməsi böyük əhəmiyyət kəsb edir. Üçüncü mühüm sahə dövlətlərarası əməkdaşlıqdır. Bu baxımdan Azərbaycan və Ermənistan arasında müşahidə olunan irəliləyiş ümidvericidir. ICMP-nin əsas mandatlarından biri hökumətlər arasında əməkdaşlığı təşviq etməkdir. Bu konfransda qeyd olunduğu kimi, biz sülh yolunda atılan addımları alqışlayırıq”, - deyə o əlavə edib

