Tenqri
Ana Səhifə
Siyasət

Ermənistanın yanlış geosiyasi seçimləri onu regional əməkdaşlıqdan kənarda saxlayıb - RƏY

Ermənistan həqiqətən müstəqil siyasət yürütmək, qonşularla normal münasibətlər qurmağa üstünlük versə, Cənubi Qafqazda yeni inkişaf mərhələsi başlaya bilər Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib O qeyd edib ki, Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəs

0 baxışreport.az
Ermənistanın yanlış geosiyasi seçimləri onu regional əməkdaşlıqdan kənarda saxlayıb - RƏY
Paylaş:

Ermənistan həqiqətən müstəqil siyasət yürütmək, qonşularla normal münasibətlər qurmağa üstünlük versə, Cənubi Qafqazda yeni inkişaf mərhələsi başlaya bilər Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib O qeyd edib ki, Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin olunması isə ilk növbədə bölgə dövlətlərinin müstəqil siyasət yürütmək iradəsindən, milli maraqları xarici təsirlərdən üstün tutmaq bacarığından asılıdır: "Xüsusilə Ermənistanın uzun illər ərzində müxtəlif xarici güclərin təsiri altında siyasət aparması regionda dayanıqlı sülhün formalaşmasına ciddi maneələr yaradır. Tarixi proseslər göstərir ki, Ermənistan dövlət siyasətində uzun müddət xarici himayədarlara arxalanmaq xəttini əsas istiqamət kimi seçib. Müxtəlif dövrlərdə fərqli güc mərkəzlərinin təsiri altında qərarlar qəbul olunması bu ölkənin regional münasibətlərdə müstəqil və balanslı siyasət formalaşdırmasına imkan verməyib. Nəticədə Ermənistan bir çox hallarda regionun reallıqlarını deyil, onu dəstəkləyən xarici dairələrin maraqlarını əsas götürərək addımlar atıb" Onun sözlərinə görə, xarici güclərin siyasi maraqları dəyişkəndir və onların regiona münasibəti daim öz strateji məqsədlərinə uyğun formalaşır: "Belə şəraitdə hansısa dövlətin öz milli maraqlarını ikinci plana keçirməsi onu geosiyasi rəqabətin alətinə çevirə bilər. Ermənistanın müxtəlif dövrlərdə yaşadığı siyasi və iqtisadi çətinliklər də məhz bu siyasətin nəticəsi kimi qiymətləndirilir" Şahin Seyidzadə qeyd edib ki, Cənubi Qafqazda yaranmış yeni reallıqlar region ölkələri arasında əməkdaşlıq üçün mühüm imkanlar açır: "Azərbaycan postmünaqişə dövründə sülh gündəliyini irəli sürərək bölgədə sabitliyin və qarşılıqlı əməkdaşlığın vacibliyini dəfələrlə vurğulayıb. Prezident İlham Əliyevin müxtəlif çıxışlarında qeyd etdiyi kimi, bölgənin gələcəyi xarici müdaxilələrdən deyil, regional əməkdaşlıqdan keçir. Məhz buna görə də Ermənistanın hansısa xarici mərkəzlərin təsiri ilə hərəkət etməsi sülh prosesini ləngidən əsas amillərdən biri hesab olunur. Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı səsləndirdiyi fikirlər də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı Ermənistanın arxasında duran qüvvələrin heç bir nəticə əldə edə bilməyəcəyini bildirərək vurğulamışdı ki, bölgədə formalaşmış yeni siyasi reallıqlar artıq dəyişməz xarakter daşıyır. Bu mesaj əslində onu göstərir ki, region dövlətləri gələcəklərini xarici dairələrin deyil, öz xalqlarının maraqları əsasında müəyyən etməlidirlər" Onun sözlərinə görə, Ermənistan həqiqətən regionda uzunmüddətli sabitlik və inkişaf istəyirsə, o zaman ilk növbədə müstəqil qərar qəbul etməyi bacarmalıdır: "Ermənistanın regiondakı kommunikasiya layihələrindən, iqtisadi əməkdaşlıq imkanlarından uzun illər kənarda qalması da məhz yanlış geosiyasi seçimlərin nəticəsi olub. Halbuki Cənubi Qafqazda yaranan yeni əməkdaşlıq platformaları bütün dövlətlər üçün qarşılıqlı fayda vəd edir. Bu gün bölgədə sülhün taleyi xarici güclərin siyasi maraqlarından deyil, region ölkələrinin iradəsindən asılıdır. Əks halda, xarici təsirlərin alətinə çevrilmək siyasəti bu ölkəni daha da çətin vəziyyətə sala və regionda etimad mühitinin formalaşmasını gecikdirə bilər" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler