Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan nümayəndə heyəti Türkmən Milli Xalça Muzeyi ilə tanış olub

Azərbaycan nümayəndə heyəti və media mənsubları Türkmən Milli Xalça Muzeyi ilə tanış olub "Report"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, muzeyin eksperti Qızılgül Amanova mədəniyyət nazirinin müavini Murad Hüseynova, nazir müşaviri Orxan Fikrətoğluna və digər qonaqlara ətraflı məluma

0 baxışreport.az
Azərbaycan nümayəndə heyəti Türkmən Milli Xalça Muzeyi ilə tanış olub
Paylaş:

Azərbaycan nümayəndə heyəti və media mənsubları Türkmən Milli Xalça Muzeyi ilə tanış olub "Report"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, muzeyin eksperti Qızılgül Amanova mədəniyyət nazirinin müavini Murad Hüseynova, nazir müşaviri Orxan Fikrətoğluna və digər qonaqlara ətraflı məlumat verib Onun sözlərinə görə, Milli Xalça Muzeyində Ginnesin "Rekordlar" kitabına düşən türkmən milli xalçası da burada saxlanılır. Xalçanın çəkisi 1 ton 200 kq-dır "Xalça 2001-ci ildə toxunub və 2003-cü ildə isə Ginnesin "Rekordlar" kitabına düşüb. Xalça 301 kvadrat metdir", - o vurğulayıb Ekspert həmçinin muzeyin fəaliyyət istiqaməti barədə də məlumat verib. Qeyd olunub ki, muzey Türkmənistan xalçaçılıq ənənələrini canlandırmaq, qorumaq və yaradıcı şəkildə inkişaf etdirmək üçün Türkmənistan Prezidenti Saparmurat Niyazovun 20 mart 1993-cü il tarixli fərmanı ilə Aşqabad şəhərində yaradılıb: "Muzeydə 2 000-dən çox eksponat qorunub saxlanılır. Muzey fondu daim artır, işçiləri köhnə xalçaları axtarır və toplayırlar" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler