Niderlandın baş nazirinin Azərbaycana səfəri hazırlanır - səfir
Niderland Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bununla əlaqədar Niderlandın Baş naziri və xarici işlər nazirinin Azərbaycana səfərinə hazırlıq işləri davam etdirilir Day.Az xəbər verir ki, bunu Trend-ə Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq Gə

Niderland Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bununla əlaqədar Niderlandın Baş naziri və xarici işlər nazirinin Azərbaycana səfərinə hazırlıq işləri davam etdirilir Day.Az xəbər verir ki, bunu Trend-ə Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq Gəncəyə səfəri zamanı deyib Səfir 10 aya yaxındır ki, ölkədə işlədiyini və iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar gördüyünü qeyd edib Onun sözlərinə görə, Niderland Azərbaycanla həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığın inkişafına dəstək verir. Diplomat həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyişin Aİ çərçivəsində xüsusi qiymətləndirilməsini vurğulayıb. "Bu proses regionda əməkdaşlıq üçün yeni imkanlar yaradır və Niderland bu istiqamətdə yüksək səviyyəli səfərlərin mümkünlüyünü nəzərdən keçirir. Baş nazirin və xarici işlər nazirinin Azərbaycana səfərinin konkret tarixləri hələ müəyyən edilməyib, lakin bu istiqamətdə hazırlıqlar davam edir" Marian de Yonq qeyd edib ki, iqtisadi əməkdaşlıq çərçivəsində prioritet istiqamətlər su təsərrüfatı, kənd təsərrüfatı, nəqliyyat əlaqələri və bərpa olunan enerjidir Səfir əlavə edib ki, Niderlandın nümayəndə heyətləri, o cümlədən əlaqələndirmə üzrə xüsusi nümayəndələr bu yaxınlarda Azərbaycanda olub və Orta Dəhliz çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər Onun sözlərinə görə, bərpa olunan enerji, xüsusilə külək enerjisi və gələcəkdə yaşıl hidrogen sahəsində əməkdaşlıq perspektivləri var Diplomat Niderlandın Rotterdam limanını Avropanın əsas hidrogen mərkəzlərindən birinə çevirməyi planlaşdırdığını və bu baxımdan Azərbaycanla əməkdaşlığın gələcəkdə mümkün istiqamətlərdən birinə çevrilə biləcəyini vurğulayıb Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


