Azərbaycan və İspaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib - FOTO
İyunun 5-də Madriddə Azərbaycan Xarici İşlər Nazirliyi ilə İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir Qeyd olunur ki, məsləhətləşmələrdə

İyunun 5-də Madriddə Azərbaycan Xarici İşlər Nazirliyi ilə İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir Qeyd olunur ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq İdarəsinin rəisi Emil Səfərov, İspaniya nümayəndə heyətinə isə Xaricdəki İspanlarla İş və Konsulluq Məsələləri üzrə Baş İdarəsinin rəisi Karolina Alvarez rəhbərlik edib Məsləhətləşmələr zamanı Azərbaycanın tərəfdaş ölkəsi olan İspaniya ilə konsulluq sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, o cümlədən bu sahədə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması müzakirə edilib Danışıqlar zamanı tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsi məsələlərini, o cümlədən Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında ədliyyə, hüquq-mühafizə, prokurorluq, miqrasiya, təhsil və viza siyasəti sahələrində çoxtərəfli və ikitərəfli əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


