Azərbaycanın DSX strateji obyektlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirəcək
BAKI, Azərbaycan, 30 iyun. Mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) həvalə edilib Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış s

BAKI, Azərbaycan, 30 iyun. Mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) həvalə edilib Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyətlərinin bölüşdürülməsi haqqında” Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidməti şəxslərin və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi üzrə Dövlət Agentliyi tərəfindən mühafizə olunan strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək

