Azərbaycan İranla sərhəddə Ağbənd gömrük-keçid məntəqəsini planlaşdırır
BAKI, Azərbaycan, 29 aprel. Azərbaycan və İran sərhədində yaxın vaxtlarda yeni Ağbənd gömrük-keçid məntəqəsi tikiləcək. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov məlumat verib "Hazırda intensiv tikinti işləri gedir. İşlər yaxın vaxtlarda yekunlaşacaq. Piyada keçidləri üçün də imkanla

BAKI, Azərbaycan, 29 aprel. Azərbaycan və İran sərhədində yaxın vaxtlarda yeni Ağbənd gömrük-keçid məntəqəsi tikiləcək. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov məlumat verib "Hazırda intensiv tikinti işləri gedir. İşlər yaxın vaxtlarda yekunlaşacaq. Piyada keçidləri üçün də imkanlar yaradılacaq", - deyə sədr bildirib 21 sentyabr 2022-ci il tarixində Şərqi Zəngəzur iqtisadi rayonunda İranla dövlət sərhədində Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. 112 kilometrlik Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolunu Araz çayı üzərindən İran İslam Respublikasının avtomobil yolları şəbəkəsi ilə birləşdirəcək körpünün uzunluğu 216 m, eni 24,5 m olacaq. Körpü hər istiqamətdə 2 nəqliyyat zolağı və 1 piyada zolağı üçün nəzərdə tutulub. Həmçinin hər iki ölkədə gündə 500 giriş və 500 çıxış olan ən azı 1000 yük avtomobilini (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi planlaşdırılır Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

