Azərbaycan Uruqvay ilə iqtisadi əməkdaşlığın inkişafını müzakirə edir (FOTO)
BAKI, Azərbaycan, 29 aprel. Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub. Bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyinin məlumatında deyilir Müzakirə İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Uruqvay Xarici İşlər Nazirinin müavini Valeria Csukasi ilə

BAKI, Azərbaycan, 29 aprel. Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub. Bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyinin məlumatında deyilir Müzakirə İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Uruqvay Xarici İşlər Nazirinin müavini Valeria Csukasi ilə görüşündə baş tutub Görüşdə Azərbaycanın səmərəli investisiya mühiti, strateji coğrafi mövqeyi, nəqliyyat və logistika potensialı vurğulanıb. İki ölkənin işgüzar dairələri arasında əlaqələrin, o cümlədən rəqəmsal iqtisadiyyatın inkişafı, texnologiya transferi və məlumat mərkəzləri sahələrində tərəfdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb Görüşdə qarşılıqlı ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi və mövcud imkanlardan səmərəli istifadə olunması ilə bağlı müzakirələr aparılıb. Eyni zamanda, investisiyaların təşviqi və qarşılıqlı müdafiəsi sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

