Tədqiqat: Az miqdarda spirtli içki qəbul etmək belə qan təzyiqini artırır - Xəbərlər
Amerika Ürək Dərnəyinin (AHA) elmi nəşri olan "Hipertenziya" jurnalında dərc olunan araşdırma çərçivəsində ABŞ, Cənubi Koreya və Yaponiyadan 19 min 500-dən çox insanın məlumatları təxminən 5 il ərzində araşdırılıb Mütəxəssislərin məlumatların təhlili göstərdi ki, qan təzyiqi hətta "az miqdarda" sp
Amerika Ürək Dərnəyinin (AHA) elmi nəşri olan "Hipertenziya" jurnalında dərc olunan araşdırma çərçivəsində ABŞ, Cənubi Koreya və Yaponiyadan 19 min 500-dən çox insanın məlumatları təxminən 5 il ərzində araşdırılıb Mütəxəssislərin məlumatların təhlili göstərdi ki, qan təzyiqi hətta "az miqdarda" spirt istehlak edən insanlarda da artıb Araşdırmada gündə orta hesabla 12 qram (təxminən bir stəkan) spirt qəbul edən insanlarda sistolik qan təzyiqinin təxminən bir vahid artdığı müşahidə edilib Gündəlik spirt istehlakı 48 qrama yüksələn insanlarda bu artımın təxminən 5 vahidə çatdığı müəyyən edilmişdir. Kişilərdə diastolik qan təzyiqində artım müşahidə edilərkən, qadınlarda əhəmiyyətli dəyişiklik aşkar edilməmişdir Tədqiqatın aparıcı müəllifi Boston Universiteti İctimai Sağlamlıq Məktəbinin professoru Prof. Marko Vinçeti əldə etdikləri nəticələrin təəccüblü olduğunu ifadə edərək, "Biz alkoqol istehlakının, hətta az miqdarda olsa da, zamanla qan təzyiqinin artması ilə əlaqəli olduğunu müşahidə etdik" dedi Qan təzyiqini artıran tək faktorun spirt olmadığını vurğulayan Vinçeti, "Alkoqol qəbulunu məhdudlaşdırmaq tövsiyə edilir, ancaq bundan tamamilə uzaq durmaq çox daha yaxşıdır" dedi Ümumdünya Hipertansiyon Liqasının prezidenti Paul Whelton da bildirdi ki, qan təzyiqi əvvəlcə normal həddə olan, lakin yüksəlməyə meylli olan insanlar alkoqolu tamamilə tərk etməkdən ən çox faydalanacaq qruplardır Yüksək qan təzyiqi infarktdan insulta, böyrək çatışmazlığından damar demensiyasına qədər bir çox ciddi sağlamlıq problemlərinə səbəb ola bilər