Məşhur Yevgeni Plyuşenko Azərbaycanda yeni buz arenasının tikintisini elan etdi - FOTO, VİDEO
Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenko Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Ocaq” və “Təmiş” klublarının nümayəndələri üçün ustad dərsi keçib Məşhur rusiyalı mütəxəssis məşqdən sonra deyib: “Azərbaycan komandasının bir hissəsi olduğum üçün şadam. - Azə

Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenko Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Ocaq” və “Təmiş” klublarının nümayəndələri üçün ustad dərsi keçib Məşhur rusiyalı mütəxəssis məşqdən sonra deyib: “Azərbaycan komandasının bir hissəsi olduğum üçün şadam. - Azərbaycan Qış İdman Növləri Federasiyası məni azərbaycanlı fiqurlu konkisürənlərə kömək etməyə dəvət etdi. Düşünürəm ki, yaxşı komanda formalaşacaq Gənclər və İdman Nazirliyi və Federasiyanın hər şeyi yüksək səviyyədə təşkil etməsi sevindirici haldır. Onu da deyim ki, Emin Ağalarovla birlikdə Sea Breeze-də buz arenası açmağı planlaşdırırıq, burada fiqurlu konkisürmə və xokkey bölmələri olacaq. Ona görə də Bakıya tez-tez gələcəm. Təxminən ay yarımdan sonra yenidən uçacağam. Biz master-klass və toplantı keçirəcəyik. Biz Azərbaycanda fiqurlu konkisürməni yüksəltməyə çalışacağıq. Mən də Azərbaycanı təmsil edən bir neçə konkisürən yetişdirirəm” pic.twitter.com/bqeqZIJdjj


