Tenqri
Ana Səhifə
Dünya

Bakı Beynəlxalq Laborator Tibb Konqresinə ev sahibliyi edəcək

Xəbər verdiyimiz kimi, aprelin 30-dan mayın 2-dək Bakı regionun ən mühüm elmi və tibbi tədbirlərindən birinə – 4-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo 2026-ya ev sahibliyi edəcək. Mötəbər tədbir laborator tibb, klinik diaqnostika, biokimya, mikrobiologiya, immunologiya, genetik

0 baxış525.az
Bakı Beynəlxalq Laborator Tibb Konqresinə ev sahibliyi edəcək
Paylaş:

Xəbər verdiyimiz kimi, aprelin 30-dan mayın 2-dək Bakı regionun ən mühüm elmi və tibbi tədbirlərindən birinə – 4-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo 2026-ya ev sahibliyi edəcək. Mötəbər tədbir laborator tibb, klinik diaqnostika, biokimya, mikrobiologiya, immunologiya, genetika, patologiya və digər prioritet istiqamətlər üzrə yerli və xarici mütəxəssisləri bir araya gətirəcək. Konqres illər ərzində Azərbaycanın elmi potensialını beynəlxalq platformalarda tanıdan, regional əməkdaşlığı gücləndirən və səhiyyənin inkişafına töhfə verən aparıcı elmi platformaya çevrilib. Bu il keçiriləcək dördüncü konqres həm iştirakçı sayı, həm beynəlxalq tərəfdaşlıq səviyyəsi, həm də elmi proqramın zənginliyi baxımından əvvəlki illərdən daha genişmiqyaslı olacaq AZLTK & LAB EXPO 2026-nın ən mühüm və tarixi hadisələrindən biri Avropa Klinik Kimya və Laborator Tibb Federasiyasının – EFLM ilk dəfə olaraq bölgəmizdə yüksək səviyyəli elmi toplantısını məhz Azərbaycanda təşkil etməsidir. “Laborator tibbdə yeni trendlər” mövzusuna həsr olunacaq beynəlxalq simpozium çərçivəsində müxtəlif Avropa ölkələrindən tanınmış alimlər, ekspertlər və sahə liderləri çıxış edəcəklər. Konqresə Avropa, Türkiyə və digər ölkələrdən çoxsaylı elmi cəmiyyətlərin, universitetlərin, tədqiqat mərkəzlərinin və səhiyyə qurumlarının nümayəndələrinin qatılması gözlənilir. Ənənəvi tərəfdaşlar sırasında Türkiyənin aparıcı elmi qurumları, o cümlədən Klinik Biokimya Mütəxəssisləri Dərnəyi və Klinik Mikrobiologiya Mütəxəssisləri Dərnəyinin dəstəyi xüsusi əhəmiyyət daşıyır. Yüzlərlə həkim, laboratoriya mütəxəssisi, alim, rezident, gənc tədqiqatçı və tələbənin qatılacağı tədbir yeni əməkdaşlıqların qurulması, ortaq layihələrin təşkili və peşəkar şəbəkələşmə baxımından da mühüm platforma olacaq AZƏRBAYCAN LABORATOR TİBB MƏKTƏBİNİN BEYNƏLXALQ ELMİ MƏKANDA MÖVQEYİ DAHA DA MÖHKƏMLƏNİR Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin rəhbəri, Konqresin sədri Ramin Bayramlının sözlərinə görə, 4-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresinin əsas məqsədi laborator tibb sahəsində elmi yeniliklərin, müasir diaqnostik yanaşmaların və qabaqcıl beynəlxalq təcrübələrin Azərbaycan səhiyyə sisteminə inteqrasiyasına töhfə verməkdir. Konqres eyni zamanda yerli və xarici mütəxəssislər arasında əməkdaşlığın genişlənməsi, gənc alimlərin elmi fəaliyyətə təşviqi, laborator xidmətlərin keyfiyyətinin yüksəldilməsi və pasiyent yönümlü səhiyyə modelinin gücləndirilməsi baxımından mühüm platformadır. Tədbir vasitəsilə Azərbaycan laborator tibb məktəbinin beynəlxalq elmi məkanda mövqeyi daha da möhkəmlənir KONQRES ARTIQ REGİONAL DEYİL, BEYNƏLXALQ SƏVİYYƏDƏ QƏBUL OLUNAN PLATFORMAYA ÇEVRİLİB Konqres sədri deyib ki, bu ilki konqres bir sıra mühüm xüsusiyyətləri ilə əvvəlkilərdən fərqlənir. Ən vacib yenilik ondan ibarətdir ki, Avropa Klinik Kimya və Laborator Tibb Federasiyası – EFLM ilk dəfə olaraq bölgəmizdə rəsmi beynəlxalq simpoziumunu məhz Azərbaycanda keçirir. Bundan əlavə, proqram daha geniş elmi istiqamətləri əhatə edir, paralel salonlarda çoxşaxəli sessiyalar təşkil olunur, Lab Expo sərgisi daha böyük miqyasda keçirilir və gənc tədqiqatçıların iştirakına xüsusi yer ayrılıb. Bu, konqresin artıq regional deyil, beynəlxalq səviyyədə qəbul olunan platformaya çevrildiyini göstərir KONQRESDƏ DÜNYANIN 14 ÖLKƏSİNDƏN NÜMAYƏNDƏ İŞTİRAK EDƏCƏK Ramin Bayramlının dediyinə görə, Konqresdə ən azı 14 ölkədən nümayəndələrin iştirakı nəzərdə tutulur. Bunlar: Azərbaycan, Türkiyə, Özbəkistan, Rusiya, İngiltərə, Belçika, Almaniya, Fransa, İtaliya, Xorvatiya, Gürcüstan, Çexiya, Amerika Birləşmiş Ştatları, Çin və digər ölkələrdir. Xarici məruzəçilər və beynəlxalq federasiyaların təmsilçiləri tədbirin qlobal əhəmiyyətini daha da artırır. Qeyd etmək lazımdır ki, iştirakçı sayı qeydiyyat prosesinə uyğun olaraq daha da arta bilər. Qeyd edək ki, Elmi Proqramda yer alan xarici məruzəçilırin əksəriyyəti Laborator Tibbin Biokimya, Mikrobiologiya və İmmunologiya, Patologiya, Genetika sahələri üzrə tanınmış mütəxəssislərdir. Bunlar dünyada tətbiq olunan laborator protokol və təlimatları hazırlayan elm adamlarıdır BELƏ TƏDBİRLƏR AZƏRBAYCAN MÜTƏXƏSSİSLƏRİNİN QLOBAL ELMİ ŞƏBƏKƏYƏ İNTEQRASİYASINI SÜRƏTLƏNDİRİR Birlik sədri qeyd edib ki, yüksək səviyyəli xarici mütəxəssislərin, elm adamlarının iştirakı yerli həkimlər və laboratoriya əməkdaşları üçün çox böyük imkanlar yaradır. İlk növbədə, onlar dünya səhiyyəsində tətbiq olunan ən son diaqnostik metodlarla, yeni laborator texnologiyalarla və beynəlxalq standartlarla birbaşa tanış olurlar. Eyni zamanda, birgə elmi layihələrin qurulması, xaricdə təhsil və təlim imkanlarının genişlənməsi, professional əlaqələrin yaranması və təcrübə mübadiləsi baxımından bu iştirak son dərəcə önəmlidir. Belə tədbirlər Azərbaycan mütəxəssislərinin qlobal elmi şəbəkəyə inteqrasiyasını sürətləndirir: “Artıq bizim gənc mütəxəssislərimiz bundan faydalanmağa başlayıblar. Çoxlu sayda gənc azərbaycanlı laboratoriya mütəxəssisi Avropa məkanının elmi təqaüdlərinə müraciət edir və qalib olurlar. Beynəlxalq səviyyəli konqreslərdə məruzələr edirlər” KONQRESİN PROQRAMI LABORATOR TİBBİN ƏN AKTUAL İSTİQAMƏTLƏRİNİ ƏHATƏ EDİR Ramin Bayramlınn söylədiyinə görə, konqresin proqramı laborator tibbin ən aktual istiqamətlərini əhatə edir. Burada süni intellektin laboratoriyada tətbiqi, molekulyar diaqnostika, yeni biomarkerlər, onkoloji skrininq, böyrək funksiyalarının qiymətləndirilməsi, mikrobioloji infeksiyalar, antibiotik həssaslıq testləri, virusologiya, nadir xəstəliklər, genetik diaqnostika, kök hüceyrə texnologiyaları, kütlə spektrometriyası, qastrointestinal xəstəliklərin laborator diaqnostikası, ürək-damar risk göstəriciləri və keyfiyyət standartları kimi mövzular geniş şəkildə müzakirə olunacaq İŞTİRAKÇILAR BİR SIRA İSTİQAMƏTLƏR ÜZRƏ PRAKTİK BİLİKLƏR ƏLDƏ EDƏCƏKLƏR Konqres sədri hesab edir ki, iştirakçılar müasir laborator analiz metodları, nəticələrin klinik interpretasiyası, keyfiyyətə nəzarət sistemləri, preanalitik və analitik səhvlərin idarə olunması, rəqəmsal laborator idarəetmə, süni intellekt əsaslı həllər və yeni diaqnostik testlərin tətbiqi barədə praktik biliklər əldə edəcəklər. Bundan əlavə, klinik qərarvermədə laborator nəticələrin rolu, multidissiplinar yanaşma və pasiyent təhlükəsizliyi sahəsində də bacarıqlarını inkişaf etdirəcəklər KONQRES ARTIQ FORMALAŞMIŞ ƏNƏNƏYƏ ÇEVRİLİB Ramin Bayramlı qeyd edib ki, bu cür tədbirlərin gələcəkdə davamlı keçirilməsi planlaşdırılır. Bu konqres artıq formalaşmış ənənəyə çevrilib və davamlı şəkildə keçirilməsi planlaşdırılır: “İlk üç konqresin uğurlu nəticələri, artan beynəlxalq maraq, iştirakçı sayının yüksəlməsi və elmi tərəfdaşlıqlar göstərir ki, Azərbaycan laborator tibb sahəsində regionun əsas elmi mərkəzlərindən birinə çevrilməkdədir. Qarşıdakı illərdə də daha geniş miqyaslı beynəlxalq tədbirlərin təşkili nəzərdə tutulur” AZƏRBAYCAN SƏHİYYƏ SİSTEMİ ÜÇÜN ƏHƏMİYYƏTLİ TƏDBİR Konqres sədri vurğulayıb ki, bu tədbirin Azərbaycan səhiyyə sistemi üçün əhəmiyyəti çox böyükdür. Çünki müasir səhiyyənin təxminən 70 faiz klinik qərarları laborator nəticələrə əsaslanır. Laborator xidmətlərin güclənməsi erkən diaqnostika, düzgün müalicə seçimi, xəstəliklərin profilaktikası və səhiyyə xərclərinin optimallaşdırılması deməkdir. Belə beynəlxalq konqreslər ölkəmizə yeni biliklər, innovativ texnologiyalar, peşəkar əməkdaşlıqlar və yüksək standartların tətbiqi üçün real imkan yaradır. Bu baxımdan konqres təkcə elmi tədbir deyil, həm də Azərbaycan səhiyyəsinin gələcəyinə yönəlmiş strateji platformadır

Kaynak: 525.az

Diğer Haberler