Joqorku Keneş dövlət satınalmaları haqqında qanuna dəyişiklikləri ikinci oxunuşda təsdiqləyib
Joqorku Keneşin iclasında deputatlar “Dövlət satınalmaları haqqında” Qırğızıstan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” birləşmiş qanun layihəsinə baxaraq ikinci oxunuşda qəbul ediblər.Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib Parlamentin Maliyyə, büdcə, sahibkarlıq

Joqorku Keneşin iclasında deputatlar “Dövlət satınalmaları haqqında” Qırğızıstan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” birləşmiş qanun layihəsinə baxaraq ikinci oxunuşda qəbul ediblər.Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib Parlamentin Maliyyə, büdcə, sahibkarlıq və rəqabətin inkişafı komitəsinin sədri Altınbek Kudaiberdiyevin qeyd etdiyi kimi, deputat Dastan Bekeşev və Nazirlər Kabinetinin sədrinin təşəbbüsü ilə hazırlanan iki qanun layihəsi bir sənəddə birləşdirilib Nazirlər Kabineti tərəfindən hazırlanmış ikinci qanun layihəsi dövlət satınalmaları sisteminin təkmilləşdirilməsinə, qabaqcıl qlobal təcrübənin tətbiqinə, prosedurların sadələşdirilməsinə və korrupsiyanın minimuma endirilməsinə yönəlib
