ABŞ Prezidenti Tramp: İranla müharibəyə son qoyduq | Xarici xəbərlər
ABŞ prezidenti Donald Tramp Gürcüstan qubernatorunun müavini Bert Consun keçirdiyi mitinqə telekonfrans vasitəsilə qoşularaq ABŞ-ın İranla müharibəyə son qoyduğunu və İranın nüvə silahına malik olmamağa razı olduğunu bildirib Tramp çıxışında aşağıdakı ifadələrdən istifadə edib: "Eşitmisiniz, bilm
ABŞ prezidenti Donald Tramp Gürcüstan qubernatorunun müavini Bert Consun keçirdiyi mitinqə telekonfrans vasitəsilə qoşularaq ABŞ-ın İranla müharibəyə son qoyduğunu və İranın nüvə silahına malik olmamağa razı olduğunu bildirib Tramp çıxışında aşağıdakı ifadələrdən istifadə edib: "Eşitmisiniz, bilmirəm, amma bu gün İranla müharibəni bitirdik. Və onlar heç vaxt nüvə silahına sahib olmayacağına dair razılığa gəldilər. Bizim təkid etdiyimiz budur. Məsələ bundadır. Bunun 95 faizi bu idi və onlar bunu mümkün olan ən güclü şəkildə etdilər" ABŞ prezidenti Tramp dünən axşam iki gün dalbadal ABŞ-ın İrana hücumlarından sonra verdiyi açıqlamada Vaşinqton və Tehranın sülh sazişi imzalamağa çox yaxın olduqlarını iddia edərək, İrana planlaşdırılan yeni raket hücumlarını ləğv etdiyini açıqlayıb. Lakin İran administrasiyası hələlik yekun qərarın verilmədiyini bildirərək Trampın açıqlamalarından uzaqlaşıb Trampın bəyanatı kövrək atəşkəsi iflasa gətirib çıxaran qarşılıqlı hücumlardan sonra verilib. ABŞ prezidenti sahibi olduğu Truth Social sosial media platformasındakı paylaşımında iddia edib ki, danışıqlar İran administrasiyasının ən yüksək səviyyələrində müzakirə edilib və bəyənilib “İran İslam Respublikası ilə müzakirələrin İran rəhbərliyinin ən yüksək səviyyəsində müzakirə olunduğunu və təsdiq edildiyini əsas götürərək, ABŞ prezidenti kimi mən bu axşam İrana qarşı planlaşdırılan hücumları və partlayışları ləğv etdim”, - Tramp yazıb Türkiyə başda olmaqla bir çox region ölkəsinin liderləri ilə görüşdüyünü və bu danışıqların davam etdiyini bildirən Tramp, Ankaranın İranla razılaşma prosesində oynadığı rolla bağlı "Türkiyə ilə də görüşəcəyik. Prezident (Rəcəb Tayyib) Ərdoğan bu prosesdə böyük idi" dedi. qiymətləndirməsini etdi Ağ Ev uzun müddətdir ki, İranla sülh razılaşması əldə etməyi hədəfləyib. Belə bir razılaşma Tramp administrasiyası üçün əhəmiyyətli diplomatik uğur kimi qiymətləndirilə bilər İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, danışıqlar mətninin böyük hissəsi tamamlanıb, lakin İran əsas qırmızı xətlərində güzəştə getməyəcək Bekayi “İran hələlik razılaşma ilə bağlı yekun nəticəyə gəlməyib” deyib İranın yarı-rəsmi xəbər agentliyi Tasnim də, “İran tərəfindən mümkün bir razılaşma elan olunmayınca, Trampın bu məsələ ilə bağlı açıqlamaları nəzərə alınmamalıdır” deyib Danışıqlardan xəbəri olan diplomat bildirib ki, sazişin konturları əsasən həftələr əvvəl formalaşıb, lakin prosesin uğursuzluqla nəticələnməsi ehtimalı hələ də var Diplomat, "Müqavilənin iflasa uğrama ehtimalı hələ də 50 faizdir. Prosesi poza biləcək bir çox amil var" deyə dəyərləndirib Müqavilə layihəsində Hörmüz boğazında minaların təmizlənməsi qrafikinin yer aldığı və bu prosesdə ABŞ-ın dəniz blokadasının davam edəcəyi bildirilir Mətndə İranın nüvə proqramı ilə bağlı yeni danışıqların aparılması və İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması mexanizmləri də var. Lakin bu addımların necə həyata keçiriləcəyi ilə bağlı hələlik konkret müddəalar yoxdur Tramp razılaşmanın həqiqətən tamamlandığını iddia etməyə davam etdi. Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Hörmüz boğazının “müqaviləni imzalayan kimi” yenidən açılacağını bildirib "Bu, çox tezliklə baş verə bilər. Ola bilsin ki, həftə sonu Avropada imzalana bilər", - deyən Tramp prosesin qısa müddətdə yekunlaşa biləcəyini irəli sürüb


