Tenqri
Ana Səhifə
Dünya

Xəzər dənizində zəlzələlər. Fövqəladə Hallar Nazirliyinin açıqlaması - şəkil; 14:24 yeniləndi

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb Məlumatda deyilir ki, “Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasə

0 baxışhaqqin.az
Xəzər dənizində zəlzələlər. Fövqəladə Hallar Nazirliyinin açıqlaması - şəkil; 14:24 yeniləndi
Paylaş:

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb Məlumatda deyilir ki, “Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 8 aprel 2026-cı il tarixində yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizində 5 maqnitudalı 50 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın cənub rayonlarında 3-4 bal gücündə hiss olunub Hazırda Fövqəladə Hallar Nazirliyinə dağıntı və tələfatla bağlı məlumat daxil olmayıb” Xəzər dənizində günün üçüncü zəlzələsi baş verib Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Mərkəzin Zəlzələlərin Tədqiqat Bürosundan məlumat verilib Zəlzələ yerli vaxtla saat 13:21-də qeydə alınıb 3 bal gücündə zəlzələ 21 km dərinlikdə baş verib Bundan əvvəl Xəzər dənizində daha iki yeraltı təkan baş verib Xəzər dənizində 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb Zəlzələ yerli vaxtla saat 13:05-də 35 kilometr dərinlikdə baş verib Yeraltı təkanlar Azərbaycanın cənub rayonlarında da hiss olunub Seysmoloji Tədqiqatlar Mərkəzindən haqqin.az-a verilən məlumata görə, Seysmoloji Tədqiqatlar Bürosunun məlumatına görə, Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad və Neftçalada 4-3 bal gücündə zəlzələ hiss olunub

Kaynak: haqqin.az

Diğer Haberler