Tenqri
Ana Səhifə
Dünya

Belə Texniki Universitet heç kimə lazım deyil

Yeni dünya konkret rəqəmlərlə izah olunur. Rəqəmsal iqtisadiyyatın qlobal ÜDM-də payı son illərdə sürətlə artır və bir çox ölkələrdə 15-20 faiz aralığında dəyişir. Süni intellekt bazarının isə yaxın illərdə yüz milyardlarla dollar həcmə çatacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, texnologiya seçim

0 baxışmodern.az
Belə Texniki Universitet heç kimə lazım deyil
Paylaş:

Yeni dünya konkret rəqəmlərlə izah olunur. Rəqəmsal iqtisadiyyatın qlobal ÜDM-də payı son illərdə sürətlə artır və bir çox ölkələrdə 15-20 faiz aralığında dəyişir. Süni intellekt bazarının isə yaxın illərdə yüz milyardlarla dollar həcmə çatacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, texnologiya seçimdən çox məcburiyyətdir. Bu reallıq fonunda texniki universitetlərin rolu ölçülə bilən göstəricilərlə qiymətləndirilir Türkiyədə İstanbul Texnik Universiteti və Orta Doğu Teknik Üniversitesi beynəlxalq reytinqlərdə ilk 500-lükdə yer alır. Bu universitetlərin illik elmi məqalə sayı minlərlə ölçülür. Məsələn, ODTÜ-nün yalnız bir il ərzində Scopus bazasında indekslənən məqalələrinin sayı 2 mindən çoxdur. Bu ali məktəblərin texnoparklarında yüzlərlə startap fəaliyyət göstərir ki, bu da artıq nəticədir ABŞ-da Massachusetts Institute of Technology uzun illərdir dünyanın bir nömrəli universitetlərindən biri sayılır. MIT-in illik tədqiqat büdcəsi 3 milyard dollara yaxındır. Stanford University isə “Silicon Valley”nin əsas beyin mərkəzidir. Stanford məzunlarının yaratdığı şirkətlərin ümumi bazar dəyəri trilyonlarla dollarla ölçülür. Google, NVIDIA, Yahoo kimi şirkətlər bu universitetin məzunlarının məhsuludur Avropada ETH Zurich Nobel mükafatı laureatlarının sayına görə ön sıralardadır. Bu universitetin məzunları və professorları 20-dən çox Nobel mükafatı qazanıb. Technical University of Munich isə Almaniyanın sənaye gücü ilə birbaşa bağlıdır. BMW, Siemens kimi nəhəng şirkətlərlə birgə layihələr həyata keçirilir Çində Tsinghua University süni intellekt üzrə dünya liderlərindən biridir. Bu universitetin AI üzrə elmi məqalələrinin sayı qlobal miqyasda ilk yerlərdədir. Peking University isə texnoloji innovasiyalar üzrə dövlət proqramlarının əsas icraçılarındandır. Cənubi Koreyada KAIST ölkənin texnoloji ixracının formalaşmasında birbaşa iştirak edir. Samsung və Hyundai kimi şirkətlərlə sıx əməkdaşlıq mövcuddur İndi də Azərbaycana baxaq, Azərbaycan Texniki Universiteti bu siyahıda yoxdur. Heç bir ciddi beynəlxalq reytinqdə ilk 1000-likdə belə görünmür. Elmi məqalə sayı ilə bağlı açıq statistikalar da çox aşağı nəticələr göstərir. Universitetin texnopark fəaliyyəti demək olar ki, görünmür. Bu universitet nəinki beynəlxaql reytinq cədvəllərində yer alıb, yerli universitetlər arasında da belə geridə qalır Azərbaycanda İT sektoru inkişaf edir, amma bu inkişafın əsas yükünü universitetlər daşımır. Ölkədə fəaliyyət göstərən bir çox İT şirkətlərində çalışan mütəxəssislərin böyük hissəsi ya xaricdə təhsil alıb, ya da özünü müstəqil şəkildə inkişaf etdirib. Bu faktı əmək bazarı açıq şəkildə göstərir. Linkedin və digər platformalarda yerli texniki universitet məzunlarının qlobal şirkətlərdə payı olduqca aşağıdır Azərbaycanda ən yüksək bal toplayan abituriyentlərin böyük hissəsi texniki universitetlərə yox, başqa sahələrə yönəlir. Budur təhsilin gösrəricisi, güclü universitet ilk növbədə ən yaxşı tələbəni cəlb edir. Problemin digər tərəfi tədris proqramlarıdır. Bir çox fənlər illərlə yenilənmir. Süni intellekt, data science, kiber təhlükəsizlik kimi sahələr ya zəif tədris olunur, ya da sözdə ən gərəkli sayılsa da, ümumiyyətlə prioritet deyil. Bu isə əmək bazarının tələbi ilə uyğun gəlmir Universitet-sənaye əməkdaşlığı da faktiki olaraq zəifdir. Real layihələr, istehsalat təcrübəsi və startap ekosistemi kifayət qədər inkişaf etməyib.Halbuki dünya təcrübəsi göstərir ki, texniki universitetlərin gücü məhz bu əlaqələrdə ölçülür Rəhbərlik məsələsi də konkret nəticələrlə ölçülməlidir. Əgər universitet beynəlxalq reytinqlərdə yoxdursa, məzunları qlobal bazarda rəqabət apara bilmirsə, deməli idarəetmə effektiv deyil. Bu, şəxsi yanaşma yox, faktların nəticəsidir Azərbaycan dövləti İT və süni intellekt sahəsində proqramlar həyata keçirir, dünyanın ən böyük ölkələri ilə əməkdaşlıq edir. Bu proqramların icrasında universitetlərin rolu minimaldırsa, burada ciddi boşluq var. Bu boşluq doldurulmasa, ölkə xarici kadr asılılığından qurtula bilməyəcək Nəticə aydındır, texniki universitet ya dəyişməlidir, ya da kənarda qalacaq. Qlobal rəqabət emosiyaya yox, nəticəyə baxır. Rəqəmlər isə hazırda ürəkaçan deyil Ekspertlər hesab edirlər ki, Azərbaycan Texniki Universiteti indiki halda heç bir yükü qaldırmaq iqtidarında deyil. Ölkənin gələcəyi bu ali təhsil ocağında olmasına baxmayaraq burada ocaq ancaq tüstü verir. Ekspertlərin məsələdən çıxış yolu kimi təklifləri sırasında idarəetmənin mütlqə dəyişdirilməsi əsas yer alır Səbəb kimi isə gösətərilir ki, belə texniki universitet heç Mozambikə də lazım deyil

Kaynak: modern.az

Diğer Haberler