Zelenski Ukrayna pullarının geri qaytarıldığını açıqlayıb
Macarıstan hakimiyyətinin “Ukrayna qızıl karvanı” əməliyyatı çərçivəsində martın əvvəlində Ukraynanın “Oschadbank”ın əməkdaşlarından müsadirə etdiyi pul və qiymətli əşyalar tam şəkildə Ukraynaya qaytarılıb. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib Zelenski bunu “Macarıstanla münasibə

Macarıstan hakimiyyətinin “Ukrayna qızıl karvanı” əməliyyatı çərçivəsində martın əvvəlində Ukraynanın “Oschadbank”ın əməkdaşlarından müsadirə etdiyi pul və qiymətli əşyalar tam şəkildə Ukraynaya qaytarılıb. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib Zelenski bunu “Macarıstanla münasibətlərdə mühüm addım” adlandıraraq, Oschadbank işçilərinin həbsinin qanunsuz olduğunu deyib "Mən konstruktiv və sivil addıma görə Macarıstana minnətdaram. Ukrayna komandasında ədalətli həll üçün mübarizə aparan, dövlətimizin və xalqımızın maraqlarını müdafiə edən hər kəsə təşəkkür edirəm", - deyə Ukrayna prezidenti əlavə edib Martın 5-də axşam saatlarında Oschadbank Macarıstanda bankın inkassasiya xidmətinin iki maşınının komandanın 7 üzvü ilə birlikdə saxlanıldığını bildirərək, bu hərəkətləri əsassız adlandırıb. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa deyib ki, “Macarıstan əslində insanları girov götürüb və pul oğurlayıb”. Oschadbank-ın məlumatına görə, inkassasiya maşınları 40 milyon dollar, 35 milyon avro və 9 kiloqram qızıl aparıb Macarıstan Milli Vergi və Gömrük Xidməti 7 Ukrayna vətəndaşına qarşı çirkli pulların yuyulmasında şübhəli bilinərək cinayət işi açıb. Qeyd olunur ki, saxlanılanlar arasında mövcud məlumata görə, Ukrayna xüsusi xidmətinin istefada olan generalı da var Martın 6-da 7 Ukrayna vətəndaşı - martın 5-də Macarıstanda saxlanılan Oschadbankın işçiləri artıq vətənlərinə qayıdıblar


