Ekspertlər: Neft qiymətlərinin 10 dollar bahalaşması qlobal inflyasiyanı 0,2 faiz artıra bilər
Neft qiymətlərinin hər 10 dollar bahalaşması zamanı qlobal inflyasiya göstəricisinin 0,2 faiz artacağı ehtimal olunur AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ekspertlər neft qiymətlərinin artmasının qlobal inflyasiyaya birbaşa təzyiq və pul siyasətinə həlledici təsir göstərəcəyini proqnozl

Neft qiymətlərinin hər 10 dollar bahalaşması zamanı qlobal inflyasiya göstəricisinin 0,2 faiz artacağı ehtimal olunur AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ekspertlər neft qiymətlərinin artmasının qlobal inflyasiyaya birbaşa təzyiq və pul siyasətinə həlledici təsir göstərəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, ABŞ ilə İran arasında potensial sülh razılaşması baş tutmazsa, bu Yaxın Şərqdə strateji enerji marşrutlarına təsir edən geosiyasi gərginliyi artıra bilər Analitiklər xəbərdarlıq edirlər ki, qlobal iqtisadiyyatda təchizat təhlükəsizliyi riski ön plana çıxıb. Dünyanın ən vacib enerji tranzit bölgələrindən biri olan Hörmüz boğazından daşınmalarla bağlı qeyri-müəyyənliklər davam edərsə, “Brent” neftinin qiyməti qısa müddətdə barel üçün 150 dollara yüksələ bilər. Təchizatın tamamilə kəsildiyi bir ssenaridə isə qiymətlərin 200 dollar səviyyəsinə çatacağı təxmin edilir. Enerji qiymətlərindəki bu kəskin artımın mərkəzi bankların faiz dərəcəsi qərarlarına və qlobal iqtisadi perspektivə əhəmiyyətli dərəcədə təsir göstərəcəyi gözlənilir “Brent” neftinin 100 dollarlıq həddi daimi olaraq aşması qlobal təklif kəsirini dərinləşdirəcək və dünyada, xüsusən də enerji idxalından asılı olan Avropa və Asiya iqtisadiyyatlarında tənəzzül riskini artıracaq. İnflyasiyaya qarşı mübarizənin davam etdiyi bir dövrdə neft qiymətlərinin qəfil artmasının mövcud inflyasiya-tənəzzül dilemmasında mərkəzi bankların siyasət sahəsini daraltdığı bildirilir. Pul bazarlarında mərkəzi bankların faiz dərəcəsi proqnozlarında tez-tez dəyişikliklər göstərir ki, enerji qiymətlərinin artmasından qaynaqlanan qeyri-müəyyənlik qavrayışı bazarda davam edir ABŞ Federal Ehtiyat Sisteminin proqnozlarına görə, neft qiymətlərinin hər 10 dollarlıq artımı ölkənin inflyasiya göstəricisini təxminən 0,35 faiz artırır. Neftin qiyməti 100 dollar səviyyəsində daimi olaraq qalarsa, 3-6 ay ərzində ABŞ iqtisadiyyatına əlavə 1,4 faizlik inflyasiya yükü yaradacağı gözlənilir. Beynəlxalq Valyuta Fondu neft qiymətlərinin hər 10 faiz davamlı artımının qlobal inflyasiyanın 0,4 faiz sürətlənməsinə səbəb olacağını proqnozlaşdırır. Bildirilir ki, xərclərin artımı qlobal iqtisadi artımı 0,2 faiz yavaşlada bilər Hesablamalara görə, xam neft qiymətlərinin hər 10 dollarlıq artımı yanacaqdoldurma məntəqələrində orta hesabla yanacağın litr üçün 10-15 sent dəyər artımına səbəb olacaq. Nəqliyyat, sığorta və saxlama məhdudiyyətləri səbəbindən ixrac potensialının azalması qlobal maliyyə vəziyyətini daha da çətinləşdirir. “Brent” neftinin qiyməti daimi olaraq 125 dollar səviyyəsində qalarsa, Avrozona iqtisadiyyatının artımda 1 faiz itki ilə tənəzzülə girəcəyi gözlənilir. ABŞ iqtisadiyyatı hazırda güclü əmək bazarı sayəsində dayanıqlılıq nümayiş etdirsə də, neft qiymətləri 150 dolları keçərsə, bu müqavimət qırıla bilər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


