Zelenski Putinə G7 sammitində görüş təklif etdi - Moskva cavab vermədi
Ukrayna prezidenti Vladimir Zelenski müharibəyə son qoymaq üçün danışıqlar aparmaq üçün bu həftə Fransada keçiriləcək G7 sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşməyi təklif etdiyini, lakin Rusiyanın “danışmağa hazır olmadığını” söylədi. “Reuters” xəbər verir ki, bu barədə Zelenski jurnali

Ukrayna prezidenti Vladimir Zelenski müharibəyə son qoymaq üçün danışıqlar aparmaq üçün bu həftə Fransada keçiriləcək G7 sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşməyi təklif etdiyini, lakin Rusiyanın “danışmağa hazır olmadığını” söylədi. “Reuters” xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə bildirib Bir gecədə Rusiyanın hücumu nəticəsində zədələnən Kiyev Peçersk Lavrasında danışan Ukrayna prezidenti bildirib ki, ABŞ Putini bazar ertəsi Fransanın Evian şəhərində başlayacaq G7 sammitinə dəvət etməyə razılaşıb "Biz G7 sammiti zamanı Putinlə görüşə hazır olduğumuz barədə mesaj göndərdik, çünki Tramp və Makron oradadır, ona görə də avropalılar və Amerika da var. Bu, hər kəs üçün bir yerdə görüşmək üçün yaxşı, məncə, çox yaxşı fürsətdir", - Zelenski jurnalistlərə deyib Lakin Zelenskinin sözlərinə görə, Moskva bu təklifə cavab verməyib: “Avropa və ABŞ razılığa gəliblər və Rusiya yenidən danışmağa hazır olmadıqlarını nümayiş etdirib” Ukrayna rəsmisi agentliyə bildirib ki, Ukrayna dəvəti birbaşa rusiyalı həmkarlarına çatdırıb, lakin dəqiq cavab almayıb Makronun ofisi agentliyin şərh sorğusuna cavab verməyib İyunun 4-də Ukrayna prezidenti Rusiya liderinə məktub yazaraq, o, müharibəyə son qoymaq üçün şəxsi görüş təklif edib, həmçinin Avropa və ABŞ-ın danışıqlara cəlb edilməli olduğunu bildirib. ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya liderləri arasında ikitərəfli görüşün keçirilməsi ehtimalını dəstəkləyib. Lakin Rusiya prezidenti Zelenskinin açıq məktubunu nəzərdən keçirdiyini və “görüş keçirməyin mənası olmadığını” deyib


