ABŞ və İran iyunun 19-da sülh sazişi imzalayacaq
Vaşinqton və Tehran aylarla davam edən atəşkəsə son qoymağa razılaşdıqlarını təsdiqləyiblər. Tərəflər sənədi elektron şəkildə imzalayıblar. Müqavilə cümə günü İsveçrədə rəsmən təsdiqlənəcək ABŞ və İran arasında 3 ay yarımdır davam edən müharibə başa çatıb. Tərəflər bütün cəbhələrdə atəşkəs barədə r

Vaşinqton və Tehran aylarla davam edən atəşkəsə son qoymağa razılaşdıqlarını təsdiqləyiblər. Tərəflər sənədi elektron şəkildə imzalayıblar. Müqavilə cümə günü İsveçrədə rəsmən təsdiqlənəcək ABŞ və İran arasında 3 ay yarımdır davam edən müharibə başa çatıb. Tərəflər bütün cəbhələrdə atəşkəs barədə razılığa gəliblər. Sülh sazişi iyunun 19-da imzalanacaq. Danışıqlara dəstək verən Pakistanın baş naziri Şahbaz Şərif sənədin imzalanma mərasiminin İsveçrədə keçiriləcəyini açıqlayıb Şahbaz Şərif, Pakistanın Baş naziri: Bu məlumatı Vaşinqton və Tehran da təsdiqləyib. ABŞ prezidenti Donald Tramp sazişin imzalanmasından sonra Hörmüz boğazının yenidən açılacağını açıqlayıb. İran tərəfi bir neçə aylıq mürəkkəb və intensiv danışıqlardan sonra Anlaşma Memorandumunun təsdiq edildiyini açıqlayıb. Bundan əlavə, yekun sülh razılaşmasının əldə olunması üçün 60 gün ərzində danışıqlar aparılacağı açıqlanıb. ABŞ sazişi nüvə proqramının qarşısının alınması vasitəsi kimi, Tehran isə iqtisadi qələbə kimi xarakterizə edir Rza Naqipur, Tehran sakini: “Reuters”in məlumatına görə, razılaşmaya əsasən, ABŞ 30 gün ərzində İran limanlarının dəniz blokadasını aradan qaldırmağa, yeni sanksiyalar tətbiq etməməyə, bloklanmış İran aktivlərinin bir hissəsini azad etməyə və neft ixracatında güzəştlər etməyə razılaşıb. Buna cavab olaraq İslam Respublikası uranın zənginləşdirilməsini dayandırmalı və yeni nüvə obyektlərinin tikintisini dayandırmalıdır. Dünya ölkələrinin liderləri İran və ABŞ arasında imzalanan sülh sazişini sıçrayış adlandırıb və təbriklərini çatdırıblar Keir Starmer, Böyük Britaniyanın Baş Naziri: Sülh sazişi xəbəri qlobal neft bazarına dərhal təsir etdi. Birjalarda enerji xammalının qiyməti 4 faiz ucuzlaşıb, onun Brent markası 83 dollar 13 sentə satılır


