Özbəkistan latın qrafikasına əsaslanan əlifbasını təkmilləşdirir
Özbəkistan latın qrafikasına əsaslanan özbək əlifbasının təkmilləşdirilməsi istiqamətində mühüm hüquqi addım atıb 525.az yerli mediaya istinadən xəbər verir ki, Ali Məclisin Qanunvericilik Palatası "Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında" Qanununda dəyişikliklər edilməsi bar

Özbəkistan latın qrafikasına əsaslanan özbək əlifbasının təkmilləşdirilməsi istiqamətində mühüm hüquqi addım atıb 525.az yerli mediaya istinadən xəbər verir ki, Ali Məclisin Qanunvericilik Palatası "Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında" Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsini edib Sənəd rəsmi olaraq parlamentin yuxarı palatası olan Senata təqdim edilib Təklif olunan dəyişikliklərə əsasən, milli əlifbanın strukturunu əhəmiyyətli dərəcədə yenidən fotmalaşacaq. Belə ki, 26 hərf və üç hərf birləşməsindən ibarət mövcud sistem 28 hərf və bir apostrofdan ibarət əlifba ilə əvəz olunacaq Qanun layihəsinin müzakirəsi zamanı deputatlar dəyişikliklərin mərhələli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə bir sıra praktik təkliflər irəli sürüblər Qanun layihəsində daha əvvəl imzalanmış bütün sənədlərin öz hüquqi qüvvəsini saxlayacağı nəzərdə tutulur. Bu, həmçinin dövriyyədə olan milli valyuta və qiymətli kağızlara da aiddir. Bundan əlavə, dövlət qurumları və təşkilatları müəyyən edilmiş keçid dövrü bitənə qədər mövcud nişanlardan, işarələrdən, simvollardan və digər atributlardan istifadəyə davam edə biləcəklər


